20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Muarem Muarem: “Qumda da oynasaq, qalib gəlməliyik”

"Kubok oyunları hər zaman fərqli olur. İlk matçda yaxşı nəticə əldə etməlisən ki, cavab qarşılaşmasında üstün tərəf olasan. Qələbə qazandığımız üçün sevinirəm". Futbolxeber.az-ın Qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri “Qarabağ”ın futbolçusu Muarem Muarem Azərbaycan kubokunun yarımfinalında "Simurq"la qalib gəldikləri görüşdən (1:0) sonra deyib.

Makedoniyalı yarımmüdafiəçi qeyd edib ki, Zaqatala təmsilçisi ilə ikinci oyun çətin keçəcək: "Çalışacağıq ki, cavab qarşılaşmasına yaxşı hazırlaşaq. Çünki ardıcıl olaraq bir komandayla 3 oyun keçirmək bir az çətindir".

M.Muaremin sözlərinə görə, suni meydançada oynamaları onlar üçün problem olmamalıdır: "Qumda da oynasaq, qalib gəlməliyik".

M.Muarem onu da qeyd edib ki, baş məşqçi Qurban Qurbanovun qərarı ilə oyuna sonradan daxil olub: "Baş məşqçimizə hörmət edirik. Oyuna daxil olanda bizə təlimatlarını verdi və buna uyğun oynadıq". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30