25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Kaue da Silva: “Hakim penalti təyin etməyibsə, deməli yox idi”

“İnter”ə qarşı yaxşı oynadıq. Bizim üçün çox vacib qarşılaşma idi. Finalın bir addımlığındayıq. Meydan amilindən yararlanmalı idik. Yekunda da işimizin öhdəsindən gəldik”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Neftçi”nin üzvü Kaue da Silva deyib.

Ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində “İnter”i 2:0 hesabı ilə qalib gəldikləri matç haqdan danışan Kaue vurğulayıb ki, indidən final barədə düşünməməlidirlər: “2:0 təhlükəli hesabdı. Lənkərandakı oyunu unutmaq olmaz. Orada birinci hissədə 2 qol vurmuşduq. Üstəlik, rəqib azlıqda idi. Amma yekunda qələbəyə həsrət qaldıq. Bu onu göstərir ki, sona qədər mübarizə aparmaq vacibdi”.

“Neftçi”nin futbolçusu rəqib komandanın penalti tələb etdiyi epizodu konkret şərh etməyib: “Bu haqda hakim danışa bilər. Lənkərandakı oyunda penalti olsa da, hakimin fiti susdu. Hakim penalti təyin etməyibsə, deməli yox idi”.

“Neftçi”də qalıb-qalmayacağını bilmədiyini deyən braziliyalı yarımmüdafiəçi, “finalda hansı komanda ilə üz-üzə gəlmək istərdin” sualını belə cavablandırıb: “Hələ finala yüksəlməmişik. Qarşıda cavab oyunu var. Finala çıxıb-çıxmayacağımız həmin oyundan sonra bilinəcək. Final həlledici matçdı. Burada hansı komanda ilə qarşılaşmağından asılı olmayaraq, yaxşı oyun nümayiş etdirməlisən”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30