26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Bəhram Bağırzadə: “İnter”lə oyunda apardığımız təbliğatın bəhrəsini gördük”

“Dünən şəhərin mərkəzində təbliğat aksiyaları keçirdik. “İnter”lə oyunda bunun bəhrəsini gördük”.Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin Müşahidə Şurasının üzvü Bəhram Bağırzadə deyib.

Bağırzadə gələcəkdə oyunların həftə sonunda keçirilməsi üçün çalışacaqlarını qeyd edib: “Bugünki oyunda azarkeşlərin sayı çox olmaya bilər. Yəqin ki, bu, hava şəraiti ilə bağlıdı. Digər səbəbi isə oyunun bazar ertəsinə düşməsidi. Çalışacağıq ki, gələcək oyunlarımız şənbə və bazar günlərinə düşsün. Bura gələn 2 əsas yol var ki, onlar da bağlı idi. Biz özümüz stadiona 2 saata gəlib çatmışıq. Bu cür çətinliklər var. Əgər “Neftçi” yayda avrokuboka qatılsa, azarkeşlər mütləq gələcək. Bu sahədə işlər gedir, hamısını indi açıqlaya bilmərəm. Bunu etsəm, digər klublar da dediklərimdən faydalana bilərlər. Yenə müxtəlif aksiyalar keçirəcəyik. Həm 8-ci km, həm də ətraf yerlərdə işlər gedir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30