19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Çingiz Abdullayev: “Neftçi” avrokuboklarda da yaxşı oyun göstərməlidir”

“Çempionatın axırına çox vaxt qalmayıb. Ona görə də yeni strukturu qarşıdakı mövsümdən quracağıq. Amma bu gün 2 nəfərin işə götürülməsi haqda qərar qəbul etdik. Söhbət Dmitri Kramarenko və Vəli Qasımovdan gedir”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin Müşahidə Şurasının rəhbəri Çingiz Abdullayev deyib.

Ç.Abdullayev veteran futbolçuların üzərinə düşəcək vəzifələr haqda bunları söyləyib: “Vəli Qasımov klubun idman direktoru olacaq. Qasımov bu işin öhdəsindən gələr. Çox sevindim ki, komandamızda vitse-prezident Elnur Məmmədovdan, bir çox işçilər xarici dilləri bilirlər. Vəli Qasımov da həm ispan, həm də portuqal dilində gözəl danışır. O, idman direktoru kimi “Neftçi”yə çox xeyir verəcək. Kramarenkoya gəldikdə isə onun qapıçı məktəbi ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədovla danışdıq. Məktəb “Neftçi”nin olacaq”.

Müşahidə Şurasının sədri klubdan kimlərin göndəriləcəyinin hələ müəyyənləşmədiyini vurğulayıb: “Bu haqda danışmaq istəməzdim. Çünki mövsüm hələ bitməyib. “Neftçi” avrokuboklara çıxıb, orda da yaxşı oyun göstərməlidir. İnanıram ki, komandada bu potensial var. “Neftçi” adi komanda deyil, 70 illik tarixi var”.

Çingiz Abdullayev kanalların biganəliyindən də danışıb: “Kanallarda səhərdən axşama kimi yeyirik, çalıb oxuyuruq. Səhərdən axşama reklamlardı, ağıllı kitabın reklamını görməmişəm. Mən şadlıq evlərinin əleyhinə deyiləm, qoy olsun. Amma televiziyada yaxşı şeylər də reklam olunmalıdı. Baş nazirin köməkçisi mənə zəng edir ki, necə olur, televiziyada "Neftçi"ni görə bilmirəm. Bilmirəm ona nə deyim, bu vəziyyəti dəyişməliyik. Futbolda da uğurlarımız olmalıdı. Maltaya qalib gələndə sevinirik. Nə olub? Maltaya qalib gələndə də sevinməliyik?”

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30