19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Elxan Məmmədov: “Media Komitəsini mütləq yaradacağıq”

“Media Komitəsinin yaradılması gündsəmdədir”. Bunu Futbolxeber.az saytına müsahibəsində AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Baş katib AVRO-2020-nin startına kimi idman mətbuatının inkişaf etməli olduğunu vurğulayıb: “AFFA-nın təşəbbüsü ilə son 6 ayda 2 komitə yaratmışıq. Əminliklə deyə bilərəm ki, bunun faydasını görürük. Media Komitəsinin yaradılması vacibdi. Bu qurum 2020-ci ildə keçiriləcək Avropa çempionatına hazırlıq çərçivəsində olmalıdı. İdman mediası növbəti illərdə inkişaf etməlidir ki, Avropanın aparıcı ölkələri ilə rəqabət apara bilsin”.

Elxan Məmmədov vurğulayıb ki, hazırda qurumun hansı formatda fəaliyyət göstərəcəyi barədə düşünürlər: “Strukturu düşünürük. 2 dəfə AFFA-nın nəzdində bununla bağlı öz aramızda iclas keçirmişik, danışıb, söhbət etmişik. Amma konkret yekun nəticə əldə olunmayıb. Beynəlxalq təcrübədən yararlanmağımız da mütləqdi. Bu komitə mətbuatın inkişafına da təkan ola bilər. Media Komitəsini mütləq yaradacağıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30