25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Gürcüstan millisinin baş məşqçisi məğlubiyyətə görə hakimləri ittiham etdi

Gürcüstanın 16 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Qoça Avsajaniaşvili UEFA-nın İnkişaf turniri çərçivəsində Bakıda millimizə 1:2 hesabı ilə məğlub olduqları görüşün hakimlərindən narazı qalıb. Gürcü mütəxəssis qarşılaşmadan sonra Futbolxeber.az saytına müsahibəsində deyib: “Oyuna siz də baxdınız. Əvvəl bizdə də belə olurdu. Hakimlər yerli komandaya kömək edirdilər. Lakin ölkədən kənara çıxanda təmiz hakimlik olur və bu zaman istədiyin nəticəni qazana bilmirsən. Buna görə də biz gürcü hakimlərə tapşırdıq ki, bizə kömək etməsinlər. Bu hakimlikdirsə, mənim deyəcək sözüm yoxdu”.

“Azərbaycan millisinə məğlubiyyəti yalnız hakimliklə əlaqələndirirsiz” sualını Avsajaniaşvili belə cavablandırıb: “Təbii ki. Referi qapımıza penalti təyin etdi. Üstəlik, 20 dəqiqə 10 nəfərlə oynadıq. Oyunçumuz topu kənara vurur, cəzalanır. Eyni addımı sizin futbolçu edərkən isə hakim özünü görməməzliyə vurur”.

Bununla belə, Gürcüstanın baş məşqçisi yığma komandamız haqda müsbət fikirlər də səsləndirib: “Azərbaycan millisi yaxşı komandır. Komandanızın heyətində çox yaxşı futbolçular var. Bilirəm ki, gələn il bu komanda Bakıda keçiriləcək Avropa çempionatında çıxış edəcək. Onlara uğurlar arzu edirəm”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30