24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Layiqli qələbə qazandıq”

“Gərgin oyun keçdi. Hər iki komanda bütün gücü ilə meydanda mübarizə apardı”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri 16 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Təbriz Həsənov deyib.

UEFA-nın İnkişaf turniri çərçivəsində Gürcüstanı 2:1 hesabı ilə məğlub etdikləri oyun haqda danışan Həsənov, layiqli qələbə qazandıqlarını vurğulayıb: “Yaxşı oyun nümayiş etdirdik. Qələbəyə layiq idik. Uşaqlar rəqibdən daha yaxşı oynadılar. Gürcüstan millisi fiziki cəhətdən güclü olsa da, istəyimizə çatdıq”.

“Ardıcıl 2 gün meydana çıxmaq komanda üçün çətin olmadı ki” sualını millimizin çalışdırıcısı belə cavablandırıb: “Bəli, bu məqam problem yaradır. Lakin təqvim bizdən asılı olan məsələ deyil. Reqlamenti UEFA seçib. Biz də çalışdıq ki, uşaqları dünənki oyundan sonra tam bərpa edək”.

Gürcüstan yığması qapımıza qolu standart vəziyyətdən sonra vurub. Həsənov rəqibin bu baxımdan çətinlik yaratdığını gizlətməyib: “Bizim üçün standart vəziyyətlər hər zaman çətin olub. Biz onların oyunlarını təhlil etmişdik. Bilirdik ki, duran toplarda güclüdürlər. Bunun üçün də qapıçı və müdafiəçilərə diqqətli olmalarını tapşırmışdıq”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30