16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“11000-ci qolu “Qəbələ” azarkeşlərinə həsr edirəm”

Azərbaycan Premyer Liqasının XXIX turunda “Simurq”la qarşılaşan “Qəbələ” 1:0 hesabı ilə qalib gəlib, qələbə seriyasını 6-ya çatdırıb. Futbolxeber.az-ın məlumatına görə, “Qırmızı-qaralar”a 3 xal qazandıran qolu komandanın kapitanı Ruslan Abışov vurub. Onun cərimə zərbəsindən vurduğu qol Azərbaycan çempionatları tarix inə düşüb. Bu top 1992-ci ildən keçirilən yarışlarda 11000-ci qol olub. Abışov yubiley qolu və uğurlu seriya haqda fikirlərini gabalafc.az-a açıqlayıb:

“Artıq komandamızın vəziyyəti qaydasına düşür. İnanıram ki, daha yaxşı olacaq. Hər oyuna qələbə üçün çıxırıq. “Simurq”la matçda da 3 xal qazana bildik. Ardıcıl 6 oyundur qalib gəlirik. Vacib olan da qələbədir. Hər qarşılaşmaya qol vurmaq istəyi ilə çıxsam da, əsas qələbə qazanıb, hesabımıza 3 xal əlavə etməkdir. “Simurq”la qarşılaşmada qol vurdum. Amma bu görüşdə də daha önəmli olan qələbəmiz idi. Buna da nail olduq. Matçdan sonra ölkə çempionatları tarixində 11000-ci qolun müəllifi olduğumu bildim. Bu qolu “Qəbələ” azarkeşlərinə həsr edirəm. Əsas məqsəd avrokuboklara vəsiqə qazanmaqdır. Amma hələ çalışmalıyıq. Çünki qarşıda 6 görüşümüz qalıb. Bu matçlarda da qələbə üçün mübarizə aparacağıq. Həmin oyunlarda maksimum nəticə əldə etməliyik”.

Qeyd edək ki, ölkə çempionatlarında vurulan 11000 qoldan 12-si Abışovun öz hesabındadır. O, “Simurq”la qarşılaşmada “Qəbələ”nin heyətində 4-cü, Premyer Liqada 12-ci qolunu vurub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30