20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Mahir Şükürovun niyə elə dediyini bilmirəm, amma ayıbdı”

Həmyerlimiz Elnar Kərimovun çıxış etdiyi Türkiyənin “Serhatardahanspor” klubu aprelin 12-də çempiontda son oyununa çıxacaq. Futbolxeber.az-ın məlumatına görə, “Serhatardahanspor” son turda qələbə qazansa, mövsümü çempion kimi başa vura bilər. Türkiyədə ilk mövsümünü başa vurmaqda olan Kərimovun qarşıdakı futbol ilində hansı klubda çıxış edəcəyi hələ ki qeyri-müəyyəndir. Bununla bağlı Elnar Kərimov Futbolxeber.az saytına deyib: “Hazırda təkliflər var. Amma qərar qəbul etməyə tələsmirəm. Mövsüm başa çatdıqdan sonra gələcək karyeramla bağlı qərar qəbul edəcəyəm”.

Kərimov bir müddət əvvəl “Karşıyaka”da forma geyən millimizin üzvü Mahir Şükürovun türklər haqda səsləndirdiyi mənfi fikirlərə də münasibət bildirib: “Mən bilmirəm Mahir niyə elə deyib, amma ayıbdı. Mən burada gördüyüm hörməti heç vətənimdə görmədim. Burada klubda çalışan insanlar, klubun prezidenti, azarkeşlər - bir sözlə hamı mənə hörmət edir. Bunu dana bilmərəm. Adama deyərlər ki, sənə erməni kimi baxırlarsa, getmə ora. İnsan çörək yediyi haqda elə danışmamalıdır. Yalandan necə deyim ki, türklər pisdi? Allah özü hər şeyi görür axı. Klubdakı durumumdan məmnunam və buradakı hər kəsə, məşqçilərə, klub rəsmilərinə, fanatlara minnətdaram. Allah onlardan razı olsun. Başda klubun rəhbəri və məşqçilərim Aydın hoca, Hüseyin hocaya olmaqla hamıya mənə göstərdikləri insanlığa görə minnətdaram”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30