20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

AFFA daha iki milli komanda yaradır

Azərbaycanın aşağı yaş qrupları üzrə daha iki milli komandası yaradılacaq. Futbolxeber.az-ın məlumatına görə, bu barədə Qol.Az-a müsahibəsində AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov məlumat verib.

O bildirib ki, yaxın vaxtlarda U-18 və U-20 yığmaları yaradılacaq. V.Sadıqovun sözlərinə görə, U-19 və U-21 millilərimizə ən yaxın ehtiyat qüvvəsi yaratmaq üçün bu addım atılacaq: "Biz istəyirik ki, bütün yaş qrupunda olan futbolçular nəzarətdə olsunlar. Buna görə də təklif etdik ki, U-18 və U-20 yığma komandalarımız da olsun. Bu təklif AFFA tərəfindən müsbət qarşılandı. Bütün yaş qruplarından olan futbolçular mütləq AFFA və Məşqçilər Komitəsinin nəzarəti altında olmalıdır. Bizim ən böyük problemimiz odur ki, aşağı yaş qruplarından olan komandalarımız pərakəndə çalışırlar. Biz vahid bir sistem yaratmaq istəyirik. Bununla da A milli komandamıza ehtiyyat qüvvə hazırlaya bilərik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30