20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Azərbaycan millisi UEFA reytinqində 42-cidir

UEFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Futbolxeber.az-ın məlumatına görə, Azərbaycan yığması 54 ölkə arasında 42-ci pillədə qərarlaşıb. Millimizin aktivində 16,881 reytinq balı var. Azərbaycan yığması sıralamada Kipr, Moldova, Gürcüstan, Makedoniya, Lixtenşteyn, Lüksemburq, Qazaxıstan, Farer adaları, Malta, San Marino, Andorra və Cəbəllütariqi qabaqlayıb.

Qeyd edək ki, ötən ilin 4 dekabrında açıqlanan son siyahıda Azərbaycan millisi 14,311 reytinq xalı ilə 47-ci pillədə qərarlaşmışdı.

UEFA reytinqinə son dünya çempionu Almaniya başçılıq edir. İspaniya ikinci, İngiltərə isə üçüncüdür. İlk “10-luq”da həmçinin Hollandiya, Belçika, Fransa, Portuqaliya, İtaliya, Xorvatiya və Çexiya qərarlaşıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30