23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Maksim Medvedev: “Yaxşı ki, “İnter”ə uduzmadıq”

"Bu gün "Qarabağ" üçün gərgin oyun oldu. Çünki ikinci pillədə olan "İnter" bizim vacib rəqibimiz idi. Çox futbolçu milli komandadan qayıtdığı üçün tam hazır deyildi". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Maksim Medvedev Azərbaycan Premyer Liqasının 27-ci turunda "İnter"lə qolsuz bərabərə qaldıqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

M.Medvedev heç-heçənin onlar üçün yaxşı nəticə olduğunu söyləyib: "Çox istərdik ki, üç xal qazanaq. Təəssüf ki, bunu bacarmadıq. Ancaq yaxşı ki, uduzmadıq".

O bildirib ki, "İnter"lə qarşı matçı özlərinə tanış olmayan meydançada - "Bakcell Arena"da oynadıqları üçün bir qədər çətinlik çəkiblər: "Respublika stadionu ilə müqayidə "Bakcell Arena"da ot çox olduğu üçün topla istəyimiz kimi oynaya bilmədik. Bu stadionda oynamağa öyrəşmək üçün bəzən burada məşq eməliyik.  "Bakcell Arena" azarkeşlərin futbolçulara söylədiyi sözləri eşitmək olur. Onların bəzi sözləri oyunçulara təsir edir. Ona görə də meydançada rahat oynaya bilmirik".

M. Medvedvin sözlərinə görə, millilərdən qayıtdan sonra birgə məşq edə bilməyiblər: "Növbəti oyuna kimi baş məşqçimiz Qurban Qurbanov komandanı bir yerə yığacaq. Məşqlər edib yaxşı nəticə əldə edəcəyik".

M.Medvedev komanda yoldaşı Reynaldonun meydanda olmamasından da danışıb: "Reynaldo oyunu öz üzərinə götürə biləcək futbolçudur.  Bu matçda hücumda anlaşılmazlıqlar var idi. Növbəti matçda Reynaldo bizimlə olacaq və komandaya kömək edəcək".


Mənbə: Qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30