25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Mahir Şükürov “Karşıyaka”dan kənarlaşdırıldı

Azərbaycan yığmasının futbolçusu Mahir Şükürov Türkiyənin “Karşıyaka” klubunun heyətindən kənarlaşdırılıb. Futbolxeber.az-ın məlumatına görə, bu barədə İzmir təmsilçisinin baş məşqçisi Ayhan Akman məlumat verib.

“Qalatasaray”ın keçmiş futbolçusunun sözlərinə görə, milli komandanın Malta ilə oyunu üçün Bakıya gələn Mahir “Karşıyaka”nın düşərgəsinə gec qatıldığı üçün heyətdən uzaqlaşdırılıb. O, bundan sonra komandadan ayrı, fərdi qaydada məşq edəcək.

Həmyerlimiz “Karşıyaka”nın düşərgəsinə bu gün qoşulub ki, onun hərəkəti klub rəhbərliyi və məşqçilər korpusunu özündən çıxarıb. Şükürovun nə vaxta kimi tək məşq edəcəyi hələ bilinmir. Onun Türkiyə klubundan göndərilmək ehtimalı da var: “Əsas komandaya nə vaxt qayıdacağı bəlli deyil”.

Qeyd edək ki, karyerası ərzində tez-tez klub dəyişən Mahir Şükürov ötən ilin yayından “Karşıyaka”nın formasını geyinir.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30