23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Nikolas Kanales: “Bu problem nəinki “Neftçi”də, “Parma”da da var”

“Neftçi”nin hücumçusu Nikolas Kanales Futbolxeber.az saytına müsahibə verib.

- Premyer Liqanın 27-ci turu çərçivəsində “Neftçi” “Bakı” üzərində 2:0 hesablı qələbə qazandı. Qarşılaşma haqda nə deyə bilərsən?

- Ağır oyun oldu. “Bakı”nın heyətinin əsasənı gənclər təşkil edir. Hamısı cavanlardı, buna görə də dayanmadan qaçırlar. Tam gücləri ilə mübarizə aparırlar və bu da bizə çətinlik yaradırdı. Lakin yekunda hər şey istədiyimiz kimi oldu və qələbə qazandıq.

- Qələbəyə baxmayaraq, ilk yarıda rəqib heç də sizdən geri qalmırdı. Halbuki çoxları düşünürdü ki, “Neftçi” üçün oyun asan keçəcək...

- Yox, asan oyun olmur. Biz oyuna çox pis başladıq. Rəqib ilk hissədə pressinq tətbiq edirdi və bu, işimizi çətinləşdirirdi. Hesabı açdıqdan sonra vəziyyət dəyişdi. Önə keçdikdən sonra oynamaq daha asan idi.

- Vurduğun qolu necə şərh edərdin?

- Hücumçu həmişə cərimə meydançasının daxilində olmalıdır. Mən hər zaman buna səy göstərirəm. Qol epizodunda da top Araz Abdullayevdən gəldi və mən onu qapıdan keçirdim. Təbii ki, komandama fayda verdiyim, qol vurduğum üçün sevinirəm.

- Çempionluq artıq əldən gedib. Bəs, “Neftçi”nin çempionatdakı məqsədi nədir?

- Həqiqətən də çempionluğu qazanmağımız çətindi. İndi məqsədimiz ikinci yer uğrunda mübarizə aparmaq və Avroliqaya vəsiqə əldə etməkdi. Bunun üçün də inamlı oynamaq lazımdı.

- Kuboku qazanmaq üçün “Neftçi” ilk növbədə yarımfinalda “İnter”i mübarizədən kənarlaşdırmalıdır. Bu, mümkün olacaq?

- Çempionatda şansımızı itirmişik. Ona görə də əsas məqsəd kuboku qazanmaqdır. Bunun üçün də dediyiniz kimi, ilk növbədə “İnter” “sədd”ini aşmalıyıq. İnanıram ki, istəyimizə çatacağıq.

- Son zamanlar mətbuatda “Neftçi”də maliyyə problemlərinin olduğu, futbolçuların bir neçə aydır maaş almadığı barədə məlumatlar dərc olunur. Həqiqətənmi komanda maddi baxımdan sıxıntı keçirir?

- Maliyyə problemi tək bizdə olmur. Hazırda dünyanın bir çox klublarında, “Parma”da da belə problemlər var. Düzdür, bu məqam oyuna təsir edir. Amma biz peşəkar futbolçularıqsa, yalnız oyunumuz barədə düşünməliyik.

- “Neftçi” ilə müqavilən mövsümün sonunda başa çatır. İndidən yeni sözləşmə barədə klubla danışıq aparmısan?

- Bəli, müqaviləm yayda başa çatır. Hələlik klubla aramızda hər hansı bir danışıq olmayib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30