28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Səməd Qurbanov: “Neftçi”dən heç bir futbolçunun milliyə çağırılmaması mənə çox pis təsir etdi"

“10-15 gün qabaq “Neftçi”də təklif gəldi. Təbii ki, təklif adlığım zaman çox sevindim. “Neftçi” mənim doğma komandamdır. Klub rəhbərliyinə göstərdikləri etimada görə minnətdarlığımı bildirirəm. Biz də əlimizdən gələni edəcəyik ki, bu etimadı doğruldaq”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri veteran futbolçu, “Neftçi”nin Müşahidə Şurasına üzv seçilən Səməd Qurbanov deyib.

S.Qurbanov ilk növbədə azarkeşləri stadiona qaytarmalı olduqlarını bildirib: “Bu gün “Neftçi”də müəyyən çatışmazlıqlar var. Bunu danmaq olmaz. Biz də əlimizdən gələni etməliyik ki, tezliklə komandanın əvvəlki adını geri qaytaraq. Hər şey futbolçuların özlərindən asılıdır. Onlar çıxıb canlarını qoymalıdırlar ki, keçmiş “Neftçi”ni geri qaytaraq. Futbolçular çalışmalıdırlar ki, azarkeşlər gəlib futboldan həzz alsınlar. Əvvəl stadiona 30-40 min azarkeş gəlirdi. İndi isə heç 3-4 min gəlmir”.

Veteran futbolçu Müşahidə Şurasına rəhbər seçilən Çingiz Abdullayev haqda da fikirlərini açıqlayıb: “Düzdür, Çingiz Abdullayev futbol adamı deyl. Amma o, dünya səviyyəli yazıçıdır. Hər birimizin onun şəxsiyyətinə hörmətimiz var. Ağıllı adamdır. Çingiz müəllim futbol adamı olmasa da, şurada futbol adamları da var. Biz də nə lazımdırsa, fikrimizi deyəcəyik”.

Səməd Qurbanov “Neftçi”dən heç bir futbolçunun milliyə dəvət almamasına təəssüfləndiyini qeyd edib: “Son olaraq Malta ilə oyunda “Neftçi”dən heç bir futbolçu milliyə çağırılmadı. Bu, mənə çox pis təsir etdi. Bunu mənfi hal kimi dəyərləndirirəm. Belə olmamalıydı. İnanıram ki, növbəti oyunlarda belə hadisə bir də yaşanmayacaq. Futbolçular əllərindən gələni etməlidirlər ki, yığmanın şərəfini qorusunlar”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31