19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Vüqar Nadirov: “İnter”lə oyunda bizi ancaq qələbə qane edə bilər”

Milli komandamızın və “Qarabağ” klubunun hücumçusu Vüqar Nadirovun müsahibəsi

Premyer Liqamızın növbəti turunda çempionluğa iddiasını davam etdirən “İnter”lə qarşılaşacaqsınız. Millimizin oyunundan sonra bu matça necə hazırlaşırsınız?

- Bəzi futbolçularımız hələ milli komandanın düşərgəsinə qoşulmazdan əvvəl komandamız  “İnter”lə oyunun hazırlığına başlamışdı. İndi isə bütün fikrimizə bu oyuna yönəlib. Bizi ağır qarşılaşma gözləyir. Eyni zamanda maraqlı görüş olacaq. Çünki hər iki komanda sırf qələbəyə oynayacaq.

- İlk pillərdə qərarlaşan bu komandaların oyunun çempionluq yarışına nə dərəcədə təsiri olacaq?

- Xal fərqini daha da artırmaq şansımız var. Hazırda “İnter”dən doqquz xal öndə olsaq da, bizi ancaq qələbə qane edə bilər. Hər qələbə bizi çempionluğa bir addım da yaxınlaşdırır.

“İnter” artıq beş ildir ki, “Qarabağ”a qalib gələ bilmir.

- Bu nəticələri qoyuruq bir qırağa. Təkcə qarşıdakı oyunu düşünürük. Bəli, uzun müddətdir ki, “İnter”ə uduzmuruq.  Ancaq hər oyunun öz nəticəsi var. Qeyd etdiyiniz statistika işimi asanlaşdırmır. Əksinə rəqibi daha motivasiyalı edir. “İnter” bu sindromu qırmağa çalışacaq.

- “Qarabağ”ın doqquz futbolçusu milli komandalara cəlb olunmuşdu. Bu hal qarşıdakı oyuna təsir edə bilər?

- Düşünmürəm ki, bunun çətinliyi olacaq. Bərpa prosesi keçməyə vaxtımız oldu. Malta ilə oyunda zədə alan Namiq Ələsgərovdan başqa heyətdə heç bir zədəlimiz yoxdur. Hamı “İnter”lə oyuna hazır olacaq.

- Səncə, Malta üzərində qələbə millimizdə dönüş yarada biləcək?

- Uzun müddət idi ki, millimiz  qalib gələ bilmirdi. Bu sarıdan bizdə sıxıntı var idi. Yəni doğma meydanda oynasaq da, rəqibimiz güclü komanda olmasa da, futbolçularımızda gərginlik var idi. Məncə, əlimizdən gələni etdik. Vacib qələbə qazandıq. Bu uğurlu nəticə növbəti matçımıza da yaxşı mənada təsir edəcək.

Malta ilə oyunda qol imkanların az oldu. Səni topla yaxşı təmin etmirdilər?

- Mən çalışırdım ki, topu arxadan götürüb hücuma qoşulum. Komandamız həm dağıdıcı, həm də yaradıcı futbol oynadı. Baş məşqçimizin ilk rəsmi oyunudu idi. Prosineçki üst-üstə altı gün bizə məşq keçib. Bu müddət ərzində komandadan istədiyin oyunu ala bilməzsən. İstər-istəməz çətinlik olmalıdır. Getdikcə qeyd olunan çatışmazlıqlar da aradan qalxacaq.

- Artıq millimizin vitse-kapitanısan...

- Bəli, hələ Antalyada təlim-məşq toplanışında olanda Prosinekçi vitse-kapitanlığı mənə həvalə etmişdi. Rahid Əmirquliyev və mən  bu funksiyanı yerinə yetirəcəyik. Təbii ki, bu da bir məsuliyyətdir.Çalışacam ki, etimadı doğruldum.

Mənbə: Qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30