29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Prosineçki Malta ilə oyun haqda: “Komanda hazırdı, motivasiya yüksəkdi”

“5 gündü komanda bir yerdədi. Hazırlıqdan razıyam. Sabahkı oyunu böyük həvəslə gözləyirik. İstərdim ki, bu gün oynayaq”. Futbolxeber.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, bu sözləri bu gün keçirilən mətbuat konfransında Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

Xorvatiyalı çalışdırıcı sabah Malta ilə keçiriləcək rəsmi oyuna hazır olduqlarını bildirib: “Bizə qələbə lazımdı. Futbolçularıma inanıram. Ab-hava yaxşıdı. Əgər öz oyunumuzu göstərə bilsək, qələbə qazanacağıq. Mən buna inanıram”.

- “Neftçi”dən niyə futbolçu çağırmadız?

- Bu suala artıq bir dəfə cavab vermişəm. Təəssüflər olsun ki, Malta ilə oyuna “Neftçi”dən heç kim çağırılmadı. Mən milliyə yaxşı formada olanları dəvət etmişəm.

- Millidə hücumu problemi var. Rauf Əliyevi də çağırmadız...

- Rauf hazırda yaxşı formada deyil. Amma bu o demək deyil ki, gələcəkdə onu çağırmayacam. Raufun yoxluğu hücumçu problemini yaratmayacaq. Komanda hazırdı, motivasiya yüksəkdi. Raufun da gələcəkdə özünü göstərnək üçün şansı olacaq. Hazırda yaxşı formada deyil.

- Futbolçularda qələbə ruhunu nə dərəcədə formalaşdıra bilmisiz?

- Mən çox razıyam. Mən istədiyimi məşq prosesində görürəm. İnanıram ki, futbolçular sabah çıxıb öz potensiallarını göstərə biləcəklər.

- Demişdiz ki, öz klubunda oynamayan futbolçunu milliyə çağırmayacaqsız. Emil Balayev, Vaqif Cavadov, Eddi İsrafilov bəs niyə milliyə dəvət alır? Onların yerinə Rauf Əliyev və Nurlan Novruzovu çağırmaq olardı...

- Mən demişəm ki, əsas heyətdə klublarında oynayanlar yer alacaq. Səlahət millidən kənarlaşdırıldığı üçün Emili çağırdım. “Neftçi”nin son oyunlarını görmüsüz? Biz təkcə sabahkı oyunu yox, gələcəyi fikirləşirik. “Neftçi”dən heç kimi çağırmamağım görürəm ki, böyük problem yaradıb. Qaldı ki Nurlana, dəfələrlə cavab vermişəm. Bilirəm bombardirdi, amma mənim sistemimə uyğun oyunçu deyil  Məhəmməd Qurbanovda daha çox potensial görürəm.

- Sabah əsas heyətdə kimlər yer alacaq?

- Kamran Ağayev, Maksim Medvedev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Cavid Hüseynov, Namiq Ələsgərov, Əfran İsmayılov, Vüqar Nadirov.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31