29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Azərbaycanın baş məşqçisinin kimliyi bizə maraqlı deyil”

“Azərbaycana böyük ümidlərlə gəlmişik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Malta millisinin baş məşqçisi Petro Qedin deyib.

Yığma komandamız Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Maltanı qəbul edəcək. Qonaq komandanın baş məşqçisi bu gün keçirdiyi mətbuat konfransında sabahkı qarşılaşma ilə bağlı fikirlərini bölüşüb: “Bizim hazırlıq dövrümüz yaxşı keçdi. Gürcüstanla oyunda ağır məğlubiyyət aldıq. Heyətlə bağlı müəyyən problemimiz var. Amma düşünürəm ki, sabah maraqlı oyun olacaq”.

- Oyunçuların durumu necədi?

- Gəlin sabahı gözləyək. Hər şeyə sabah aydınlıq gələcək.

- Azərbaycan millisinin bu oyuna yeni baş məşqçi ilə çıxması sizin üçün müsbət, yoxsa mənfi haldı?

- Bu bizim üçün o qədər də əhəmiyyət kəsb etmir. Rəqibin baş məşqçisinin kimliyi bizə maraqlı deyil. Əsas öz oyunumuzdu. Çıxıb mübarizəmizi aparacaq və qələbə qazanmağa çalışacağıq.

- Malta yoldaşlıq görüşü keçirdi, Azərbaycan millisi isə məşqlə kifayətləndi. Bu o deməkdi ki, Malta millisi fiziki cəhətdən daha hazırlıqlıdı?

- Yorğun olsaq da, o demək deyil ki, oynaya bilməyəcəyik. Görüşə məsuliyyətlə yanaşmaq lazımdı. Bir komanda 3-4 gündən bir görüş keçirə bilmirsə, onda heç meydana çıxmasın.

- Azərbaycanın məqsədi Maltanı məğlub etməkdi. Sizin hədəfiniz nədi?

- Hər bir oyunun öz əhəmiyyəti var. Biz ümid edirik ki, ən azı heç-heçə edəcəyik. Bura uduzmağa gəlməmişik.

- Bizdə məğlubiyyət faciə sayılacaq. Bəs sizdə?

- Hər bir komanda qələbə qazanmaq istəyir. Ancaq bir komanda bunu bacarır. Biz mübarizə aparacağıq ki, qalib gələk. Bu, bizim üçün stimul olar.

- Azərbaycan millisi böyük ehtimalla hücum futbolu oynayacaq. Bəs siz hansı taktikaya üstünlük verəcəksiz?

- İndidən informasiya verməyim düz olmaz. Həmişəki oyunumuzu göstərməyə çalışacağıq.

- Azərbaycan mllisi halda nə düşünürsüz?

- Azərbaycan çox güclü komandadı. Onların azarkeşlərində həyəcan görürəm. Niyə həyəcanlanırsız? Sizin komandanızın əvvəlki kimi uğur qazanacağına inanıram.

- Gürcüstanla oyunöncəsi zədəliləriniz var idi. İndi vəziyyət necədi?

- Biz hər şeyi həll etməyə çalışırıq. Sabah işləri yoluna qoymağa çalışacağıq (Apasport.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31