25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Qəbələ” “Qalatasaray”la qarşılaşacaq

“Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandasının iştirak edəcəyi “VI Manavqat” turnirində qrupların tərkibi və oyunların təqvimi müəyyənləşib. Futbolxeber.az-ın məlumatına görə, Türkiyədə təşkil olunan ənənəvi beynəlxalq turnirdə 22 komanda mübarizə aparacaq. Martın 30-da start götürüb, aprelin 3-dək davam edəcək yarışda qonşu ölkənin “Qalatasaray”, “Beşiktaş” “Bursaspor”, İngiltərənin “Çelsi” kimi tanınmış klubları iştirak edəcək. Püşkə əsasən komandalar 4 qrupa bölünüb. “Qəbələ” 6 komandanın yer aldığı D qrupunda qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” yerli “Qalatasaray”, “Seyrantepespor” və “Özerspor”, həmçinin Almaniyanın “Berlin Türkiyemspor”, Danimarkanın “Nordsyelland” klubları ilə mübarizə aparacaq. “Qəbələ” martın 30-da ilk matçını almaniyalılara qarşı keçirəcək. Bu matç Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. 13:30-da “Qalatasaray”la üz-üzə gələcək futbolçularımız qrupdakı növbəti 2 oyununa ertəsi gün çıxacaq. Saat 17:45-də “Seyrantepespor”, 19:15-də “Özərspor” u sınağa çəkəcək “Qəbələ” aprelin 1-də baş tutacaq son turda danimarkalılarla üz-üzə gələcək. Bu oyunun start fiti saat 13:30-da veriləcək.

Hər qrupun iki ən yaxşısı 1-8-ci, 3-4-cü yer sahibləri isə 9-16-cı, 5-ci yeri tutanlar isə 17-20-ci yerlər uğrunda mübarizə aparacaq. Aprelin 2-də ilk iki “səkkizlik”də mübarizə aparanlar 2, “dördlük”dəkilər 1 matçda qüvvəsini sınayacaq. Turnirin son günündə isə həlledici qarşılaşmalar baş tutacaq.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30