20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Dmitri Nazarov: “Mənim üçün Maltanın heyəti, sistemi maraqlı deyil”

“Məşqlərdən görünür ki, komandada istək güclüdü. Hazırlıq prosesindən hamı əlindən gələndən edir. Azərbaycan millisinin heyətində hələ ki qələbə qazanmamışam. Belə davam etsək, Malta ilə oyunda qələbə bizim olacaq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri milli komandamızın üzvü Dmitri Nazarov deyib.

Bu gün millimizin məşqindən öncə jurnalistlər üçün brifinq keçirən Nazarov, rəqibin heyətinin onun üçün əhəmiyyət kəbs etmədiyini vurğulayıb: “Dünən qısa olaraq Malta haqda danışdıq. Amma düzünü deyim ki, mənim üçün rəqibin heyəti, oynayacağı sistem maraqlı deyil. Əsas odur ki, öz oyunumuzu göstərib, azarkeşlərimizi sevindirək”.

Berti Foqtsun vaxtında millimizə cəlb olunban Nazarov, Prosineçkidən də dəvət gözlədiyini qeyd edib: “Foqts gedəndən sonra Azərbaycan millisindən kənarda qalacağım barədə qorxu yox idi. Həmişə milliyə çağırılanda əlimdən gələni əsirgəməmişəm. Azərbaycanda mənə inanırlar. Bunu Prosineçki də bilir. Gələcəkdə də öz oyunumla etimadı doğrultmalıyam. Prosineçki haqda məlumatım əvvəldən də var idi. Bilirəm ki, elə mənim mövqeyimdə oynayıb və güclü futbolçu olub”.

“Karlsrue”nin formasını geyən Dmitri Nazarov sonda millidəki komanda yoldaşı Emil Balayevin “Ayntraxt”da möhkəmlənəcəyinə inandığını qeyd edib: “Emillə Almaniyada geniş əlaqəmiz yoxdu. Bir dəfə qış fasiləsində mini futbol turnirində ona qarşı oynamışdım. “Ayntraxt”ın əsas qapıçısını tanıyıram, birgə oynamışıq. Güclü qapıçıdı. Emilin potensialı var və inanıram ki, bir gün əsas heyətdə oynaya bilər”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30