16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Mirbağır İsayev: “Həmişə komandama güvənib ağızdolusu danışırdım”

17 yaşadək futbolçularda ibarət milli komandamızın baş məşqçisi Mirbağır İsayev Futbolxeber.az saytına müsahibə verib

- Elit-raundun son oyununda millimiz Serbiyaya 0:4 hesabı ilə uduzdu. Qarşılaşma barədə nə deyə bilərsiz?

- Komanda 3 oyunda 11 qol buraxdı. Buna görə də istefa verdim. Vəzifəmdən ayrılıram.

- İstefanın səbəbi nədir?

- Öz komandama üzüldüm. Əvvəldən yer aldığımız qrupun güclü olduğunu bilirdik. Amma hər bir işin başında inam durur. İnam yoxdusa, mən getməliyəm. Mən komandaya inanırdım. Meydana mən çıxıb oynamıram ki. Onlar oynayır. Ona görə də bu gün mən U-17-nin baş məşqçisi postundan ayrılıram.

- Bəlkə AFFA rəhbərliyi istefanızı qəbul etmədi?

- Hər bir halda onların fikrinə hörmətlə yanaşacağam. Amma bu komanda ilə daha işləməyəcəyəm. Heç kim qarşıma mərhələ adlamaq tapşırığı qoymamışdı. Özüm mərhələni keçmək istəyirdim. Mən məğlubiyyətə yox, komandamın acizliyinə üzülürəm.

- Yəni, komandanız mübarizəsiz təslim oldu?

- Bəli, mübarizəsiz təslim oldu. Özünüz də gördünüz ki, oyun ərzində 1 kəlmə də danışmadım. Futboldan getmirəm, sadəcə U-17-dən ayrılıram.

- Komandanızın acizliyinin səbəbini nədə görürsüz?

- Qorxurdular. Halbuki daha əvvəl İspaniya, İsveçrə, Bolqarıstan, Bosniya və Hersoqovina komandalarına qarşı layiqli müqavimət göstərmişdik.

- Sizcə, Elit-raundun oyunlarının Bakıda keçirilməsi ziyanımıza oldu, yoxsa xeyrimizə?

- Azərbaycan futboluna bunun xeyri oldu. Bu cür yüksək səviyyəli oyunların paytaxtımızda keçirilməsi müsbət haldı. 2 qat yaxşı olardı ki, komandamız heç olmasa əzmkar təsir bağışlasın. Mən ona üzülürəm ki, mübarizə yox idi. Kişi kimi uduzmadılar. Halbuki futbol kişi oyunudu.

- Deməli, gələcəyə ümid yoxdu?

- Ümid həmişə var. Amma indiki məqamda çıxış yolu kimi mən getməliyəm.

- Tezliklə U-19-un baş məşqçisi olacağınız deyilir...

- Hələ ki heç bir təklif yoxdu. Yalnız onu deyə bilərəm ki, daha bu komandanın başında məni görməyəcəksiz.

- AFFA rəhbərliyi istefanıza necə reaksiya verdi?

- Hələ görüşməmişik. Nə vaxt görüşəcəyimizi də bilmirəm. Təbii ki, nəticəyə görə hesabat verməliyəm. Çox üzülürəm ki, aciz, xaraktersiz komanda gördüm. Mən həmişə komandama güvənib ağızdolusu danışırdım. Gələcəkdə bu futbolçulara uğurlar arzu edirəm. Ümid edirəm ki, bizim edə bilmədiyimizi U-19 edəcək.

- U-19-un baş məşqçisi təyin olunsaz, növbəti ildən hazırda U-17-də çıxış edən uşaqlarla işləməlisiz. Belə çıxır ki, həmin vəzifə sizə tapşırılsa, yeni komanda yığmalı olacaqsız?

- Mən daha onlara inanmıram. Hər işin başında inam durur.

- Baş məşqçi kimi bu uğursuzluqda sizin günahınız nədir?

- Özümü hamıdan çox qınayıram. Çünki bu təlim-məşq toplanışında komandaya bir qədər boşluq vermişdim. Halbuki heç vaxt belə işləməmişəm. Hər zaman mənim komandamda nizam-intizam güclü olub. Bu dəfə Bakıda oynayırdıq deyə uşaqlara çox təzyiq etməmək qərarına gəlim. İndi də özümə bağışlamıram ki, komandanı bir az boş buraxdım. 




Ad: Adiloviç;   E-mail: ---

24.03.2015 03:17

Yaxşı yol
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30