20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Elxan Abdullayev: “Biz onların yerinə oynamayacağıq ki”

Milli komandamızın məşqçisi Elxan Abdullayev Futbolxeber.az saytına müsahibə verib.

- Robert Prosineçki Malta ilə oyun üçün milli komandamızın heyətini açıqladı. Heyəti necə dəyərləndirərdiz?

- Bu gün kimləri milliyə çağırmışıqsa, həmin futbolçuları ən güclü hesab edirik. Təbii ki, bu, bizim fikrimizcə belədi. Milliyə hazırda ən layiqli məhz onlardı. Yığmaya dəvət alan hər bir futbolçudan yaxşı oyun gözləyirik.

- Dəvət etmək istədiyiniz, amma müəyyən səbəbdən millidən kənarda qalan futbolçu oldu?

- Siyahımız əvvəlcə daha da geniş idi. Biz hər futbolçudan nəsə gözləyirik. Təəssüflər olsun ki, bəzi futbolçular ümidləri doğrultmadılar. Son zamanlar heç də yaxşı oynamırlar. Buna görə də millidən kənarda qaldılar. Amma bu o demək deyil ki, həmin futbolçular üçün millinin qapıları bağlandı. Yox, bu gün milliyə dəvət almayanlar gələcəkdə üzərlərində işləməklə yenidən yığmaya çağırıla bilərlər.

- “Neftçi”dən milliyə bir futbolçunun belə dəvət almaması gözlənilməz oldu. Bunun səbəbi nədir?

- Prosineçki ilk gündən “Neftçi”nin əksər oyunlarına tamaşa edib. Komanda üzvləri haqda dolğun məlumata sahib idi. Siz yəqin Rauf Əliyev və Araz Abdullayevin millidən kənarda qalmasını gözlənilməz hesab edirsiz.  

- Söhbət konkret futbolçulardan getmir. Adətən, millidə “Neftçi”nin ən azı 2-3 futbolçusu olub. Bu dəfə heç bir oyunçunun dəvət almaması sürprizdi.

- Bu, qəsdən alınmayıb. Hər şey futbolçuların özlərindən asılıdır. Biz onların yerinə futbol oynamayacağıq ki. Baş məşqçi seçimini edib. O, “Neftçi”nin futbolçularından çox şey gözləyirdi. Baxır, amma istədiyini ala bilmir.

- Prosineçki bir müddət əvvəl Futbolxeber.az saytına müsahibəsində bildirmişdi ki, klubunda daim oynamayanlar yığmağa çağırılmayacaqlar. Lakin bu gün heyətdə klubunda ehtiyatda qalan futbolçular da var...

- Bu sualı yaxşı olar ki, Prosineçkinin özünə verəsiz. Mənim fikrimi soruşursuzsa, sual yaranır - futbolçu hansı səbəbdən oynamır? Xeyli nümunə göstərmək olar. Əvvəl elə olub ki, Zeynal Zeynalov heç futbol oynamırdı. Çimərlik futbolunda çıxış edirdi. Amma gəlib, əsas millinin heyətində qol vururdu. Təbii ki, hər bir futbolçunun klubunda oynamasını çox istəyirik.

- Malta ilə oyundan nə gözləyirsiz?

- Ancaq qələbə.

- Deməli, razısız ki Malta ilə görüşdə qələbədən başqa istənilən nəticə yığmamız üçün fiasko hesab olunacaq.

- Əlbəttə. Həmin görüşdə sadəcə 3 xal qazanmaq lazımdı.

- Maltanın Gürcüstana qarşı keçirəcəyi yoxlama oyununu canlı olaraq stadiondan izləyəcəksiz. Buna kimi rəqib haqda hansı məlumatları əldə etmisiz?

-  Malta haqda bütün məlumatlar bizdə var. Bir var diskdə baxmaq, bir də var canlı. Artıq onların da heyətləri açıqlanıb. Bilirik ki, bizə qarşı kimlər oynaya bilər. Lakin hansısa sürprizin olması da mümkündür. Maltanın bizimlə oyundan öncə yoxlama matçı keçirməsi onlar üçün müsbət məqamdı. Həm də Gürcüstan bizdən qat-qat güclü komanda deyil. Elə onlar da bizim səviyyədədirlər. Oyuna canlı baxacağam. Həmin qarşılaşma çox şey göstərəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30