19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Qurban Qurbanov “Qarabağ”da braziliyalı futbolçunun çox olmasının əleyhinədi”

Keçmiş futbolçu, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun böyük qardaşı Musa Qurbanovun müsahibəsi

- “Qarabağ”a legioner gətirmək məsələsində kömək etdiyinizi bilirik. Son transfer Dani Quintananı da siz məsləhət görmüşdüz?

- Quintananı xeyli müddət idi izləyirdik. Hələ o vaxt onu bəyənərək, adını 20 nəfərlik siyahıya daxil etmişdim. Bizim iş sistemimiz belədi: mən bəyəndiyim futbolçuların siyahısını Qurban müəllimə təqdim edirəm. O isə köməkçiləri ilə birlikdə həmin siyahıdan seçim edir. Quintananı keçən il transfer etməyi çox istəyirdik. Nə qədər çalışsaq da, alınmadı. Onda Dani hələ Səudiyyə Ərəbistanı klubuna keçməmişdi. Danışıq apardıq, amma klubu ilə razılığa gələ bilmədik. Çox pul istəmişdilər. Sonra menecer Çinar Məmməd vasitəçi oldu və Quintananı komandaya gətirdik.

- Bir mütəxəssis kimi necə düşünürsüz, Quintana “Qarabağ”a faydalı ola biləcəkmi?

- Dani “Qarabağ”ın oyun sisteminə uyğun futbolçudu. Komandaya faydalı olacağını düşünürəm.

- Quintananı “Qarabağ”dan ayrılan İnnosent Emeqara ilə müqayisə etsək, hansını daha güclü futbolçu adlandırmaq olar?

- Onlar fərqli futbolçulardı. Mövqeləri də fərqlidi. Düzdü, Emeqara 3 ay müddətində az qol vurmadı, amma çox qol da vurmadı. İnanmıram ki, Quintana “Qarabağ”a Emeqaradan az xeyir versin.

- Danini çoxdan izlədiyinizi dediniz. Ən üstün cəhətləri hansılardı?

- Sürəti var. Topla davranışı yaxşıdı. Ötürmə vermək, qol vurmaq bacarığına sahibdi. Yəni “Qarabağ”ın səviyyəsinə uyğun futbolçudu. Həm hücumçu arxasında, həm də cinahda oynamağı bacarır.

- Qurban Qurbanov sizdən daha hansı mövqeyə yeni futbolçu tələb edir?

- Hücumçu istəyir. Amma hələ onun istəyinə uyğun futbolçu tapa bilmirik. Ümumiyyətlə, Qurbana oyunçu bəyəndirmək çətindi. Çox çəkinir, deyir birdən təzə gələn futbolçu özünü doğrultmaz. Yüz ölçüb, bir biçir. İstəmir ki, futbolçu gəlib burda vaxtını keçirsin. “Qarabağ”ın legionerlərindən də səviyyəlisini tələb edir. Deyir ki, heç olmasa Reynaldo, Almeyda, Corc səviyyəsində olsun.

- Reynaldo, Almeyda və Çumbinyonun timsalında görürük ki, braziliyalı futbolçular “Qarabağ”ın oyun tərzinə daha uyğun gəlirlər...

- Düzdü. Amma Qurban müəllim komandada braziliyalı futbolçusunun çox olmasını istəmir. Başqa yerlərdən də oyunçu tapmağımızı tələb edir. Amma o səviyyədə Avropadan futbolçu gətirmək çox çətindi. Çünki qiymətləri çox bahadı. Afrikalı futbolçuların qiyməti aşağı olsa da, orda seçim azdı. Buna görə də, məcbursan ki, Cənubi Amerika bazarına üz tutasan. Bizim üçün ən uyğun Braziliyadı. Lakin bir komandada braziliyalı futbolçunun çox olması disbalans yaradır. Çox olanda onları idarə etmək çətinləşir. Qurban müəllim də məhz bu səbəbdən, “Qarabağ”da braziliyalı futbolçunun çox olmasının əleyhinədi.  

- “Gözaltı etdiyiniz” hücumçu varmı?

- Biri var idi, onunla yaxından maraqlanırdıq. Özü ilə yox, agenti ilə danışdıq. Əvvəl elə bildik ki, azad agentdi. Sonra gördük ki, klubu ilə müqaviləsi var. Qiyməti baha olduğundan, ala bilmədik. Adını və çıxış etdiyi klubu açıqlamaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, Hollandiya çempionatında oynayır.

- “Qarabağ” avrokubokda daha yaxşı çıxış etmək üçün hücumçu problemini mütləq həll etməlidi. Bu mənada, sizin də üzərinizə böyük yük düşür...

- Axtarışlar davam edir. Bizə çox hücumçu təklif edirlər. Qurban müəllim onların arasından da seçim edə bilər. Sadəcə, istədiyi hücumçunu tapmaq olmur. Onun hücumçu ilə bağlı 2-3 tələbi var. Həmin oyunçu mütləq sürətli, texnikalı olmalı və pasla oynamağı yaxşı bacarmalıdı.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30