28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Xorvat məşqçi: “Azərbaycanın qrupdan çıxmaq üçün böyük şansı var”

Xorvatiyanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Dario Başiç Futbolxeber.az saytına müsahibə verib.

- Elit-raundun ilk turunda komandanız Azərbaycan millisi üzərində böyükhesablı (4:0) qələbə qazandı. Qarşılaşma barədə nə deyə bilərsiz?

- İlk oyunlar həmişə çətin keçir. Oyunçularımın üzərində təzyiq var idi. Çalıdıq bunu aradan qaldıraq. İstəyimizə çatdıq və yaxşı nəticəyə nail olduq.

- Azərbaycan millisi bu gün sizi təəccübləndirə bildi?

- Azərbaycanın əvvəlki oyunlarına baxıb, rəqibi analiz etmişdik. Məşqlərimizi də buna uyğun qurmuşduq. Oyunçularımı təbrik edirəm. Onlar tapşırıqlarımı tam yerinə yetirdilər.

- Komandanız ikinci hissədəki qolları başla vurdu. Bu, təsadüf idi, yoxsa xüsusi hazırlıq?

- Azərbaycanın İsveçrə ilə oyununa baxmışdıq. Bilirdik ki, cinahdan ötürülən toplarda çətinlik çəkirlər. Bunu analiz etmişdik. Ona görə də bu gün məhz cinah ötürmələrinə üstünlük verirdik.

- Bu gün Xorvatiya millisi Azərbaycanı istəkdə üstələdi, yoxsa ustalıqda?

- Komandamda bir neçə zədəli oyunçu var idi. Onlar bu gün meydanda yox idilər. Odur ki, görüşə komanda şəklində hazırlaşdıq, komanda ruhu nümayiş etdirdik. İtkilərimiz olsa da, onları ötr-basdır etmək üçün əlimizdən gələni etdik.  

- Xorvatiya yığmasının baş məşqçi kimi bu qrupda əsas rəqib qismində hansı komandanı görürsüz?

- Biz bütün rəqiblərə hörmətlə yanaşırıq. Hər oyuna ciddi hazrlaşırıq. Deyə bilmərəm ki, hansı komandaya qarşı oynamaq çətindi. 2 gün sonra Serbiya ilə görüşəcəyik. Qonşularımızla üz-üzə gələcəyik. Yəqin ki, bu baxımdan onlarla oynamaq bir qədər çətin olar.

- Azərbaycan yığmasının qrupda heç olmasa ikinci yeri tutmaq şansını necə dəyərləndirirsiz?

- Azərbaycan güclü rəqibdi. Serbiya və Portuqaliya üçün çətin olacaq. Komandanız bu gün ilk hissədəki oyununu göstərsə, qrupdan çıxmaq üçün böyük şansı var.

- Növbəti turda Serbiya ilə qarşılaşacaqsınız. Siyasi məsələləri nəzərə alsaq, bu oyunu Xorvatiya üçün daha vacib hesab etmək olar?

- Yox. Oyunçularım tərəfdən deyə bilərəm ki, heç bir problem yaşamayacağıq. Həm də 2 həftə əvvəl Serbiyanın U-16 komandası ilə yoxlama görüşündə qarşılaşmışdıq. Oyunumuzu siyasi məsələlərlə bağlamaq istəməzdim. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31