19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Mirbağır İsayev: “Komandamdan yalnız hesaba görə narazıyam”

“Təbii ki, hesab bizi qane etmədi. Bu, yoldaşlıq oyunu deyil ki, nəyəsə ümid edək. Biz mütləq 3 xal lazım idi. Lakin əfsuslar olsun ki, böyühesakla uduzduq”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri U-17-nin baş məşqçisi Mirbağır İsayev deyib.

Elit-raundun ilk oyununda Xorvatiyaya 0:4 hesabı ilə uduzan yığmamızln çalışdırıcısı ilk yarıda yaxşı oynadıqlarını bildirib: “İki fərqli hissə izlədik. Birinci hissədə komanda meydanın hər qarışı uğrunda mübarizə apardı. İkinci yarıda ikinci və üçüncü qollarda ani diqqətsizlik oldu. Bu, oyunun qırılma nöqtəsi oldu. Xorvatiya millisi əvvəlki 15 oyundan 14-də qalib gəlib, 1-də də heç-heçə etmişdi. Futbolçularım meydanda bütün güclərini qoydular. Komandamdan yalnız hesaba görə narazıyam”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30