29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qəbələ” “İnter”lə oyuna Bakıda hazırlaşır

“Qəbələ” Azərbaycan Premyer Liqasının XXVI turunun “İnter”lə oyununun hazırlıqlarını davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Simurq”la Zaqataladakı cavab oyunundan (0:0) sonra Qəbələdə məşq keçən “qırmızı-qaralar” birgünlük istirahətdən sonra yenidən bir araya gəlib. Bu gün Bakıda toplaşan komanda martın 18-də “İnter Arena”da baş tutacaq görüşün hazırlıqlarını davam etdirib. Roman Qriqorçukun yetirmələri bu gün ADBTİA-nın stadionunda məşq keçib. Fiziki hazırlıqlarla başlayan məşq toplu çalışmalarla davam etdirilib. Yalnız bir futbolçu - zədə üzündən komandadan ayrı düşən Dodo məşqə qatılmayıb. “Qəbələ” sabah qarşılaşmanı keçiriləcəyi “İnter Arena”da son məşqinə çıxacaq.

Qeyd edək ki, martın 18-də keçiriləcək “İnter” - “Qəbələ” oyunu saat 18:00-da başlayacaq.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31