20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Bəlkə də subay olsaydım, "Xəzər Lənkəran"ın təklifini qəbul edərdim"

"Qarabağ"ın futbolçusu Vüqar Nadirov Futbolxeber.az saytına müsahibə verib.

- Artıq "Qarabağ"la yeni müqavilə imzalamısan. Əvvəlcə buna münasibətini bilmək istərdik.

- Bəli, "Qarabağ"la müqaviləmin müddətini uzatdım. Qarşılıqlı razılıq əsasında yeni müqavilə imzaladıq. Buna görə də sevinirəm. Gələcəkdə də əlimdən gələni edəcəyəm ki, komandama fayda verim.

- Başqa klublardan təklif almışdın?

- Bəli, almışdım. Amma üstünlüyü "Qarabağ"a verdim. Burada hər şey məni qane edir. İstər rəhbəlik, istərsə də məşqçilər korpusu nəyə qadir olduğuma bələddirlər. Artıq uzun illərdi ki, burada oynayıram.

- Hansı klublardan təklif almışdın?

- İndi ad açıqlamağım düzgün çıxmaz. Bu məsələ artıq keçmişdə qaldı.

- "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşakın sənin xidmətində maraqlı olduğu deyilirdi...

- Bəli, "Xəzər Lənkəran"dan təklif almışdım. Amma seçimimi "Qarabağ"ın xeyrinə etdim.

- "Xəzər Lənkəran"ın şərtləri səni qane etmədi? Yoxsa, ortada başqa məsələ var idi? Əvvəl də "Xəzər Lənkəran"da oynamısan.

- Düzdür, əvvəl oynamışam. Amma indi vəziyyət fərqlidir. Söhbət şərtlərdən getmir. Sadəcə olaraq, ailə məsələlərinə görə "Xəzər Lənkəran"a keçmədim. Bəlkə də subay olsaydım, bu təklifi qəbul edərdim.

- Bəs, "Bakı"dan təklif aldığın nə dərəcədə doğrudur?

- Yox, "Bakı"dan təklif almamışam.

- Amma "Bakı"nın Əfran İsmayılov və səninlə maraqlandığı deyilir...

- Bu barədə ilk dəfədir ki, eşidirəm. "Bakı"dan heç kim mənimlə əlaqə saxlamayıb.

- "Qarabağ" artıq uzun müddətdir ki, çempion ola bilmir. Qızıl medallara qovuşmaq üçün komandada nə çatışmır?

- Ortada ciddi problem yoxdur. Biz də çempion olmağı çox istəyirdik. Amma "Neftçi" ilə oyunda aldığımız yenilgi bizi çox məyus etdi. Həmin oyunda qələbə qazansaydıq, şansımız daha çox olardı.

- "Neftçi"ni bu mövsüm 3 dəfə məğlub etsəniz də, həlledici məqamda büdrədiniz...

- Həqiqətən də əvvəlki oyunlarda "Neftçi"yə qalib gəlmişdik. Lakin bu dəfə çox çalışsaq da, istəyimizə çata bilmədik.

- Bəs, son turda "İnter"i niyə məğlub edə bilmədiniz?

- Həmin oyuna da yalnız qələbə üçün çıxmışdıq. 3 xal qazanmaq üçün əlimizdən gələni etdik. Amma rəqibin qapısına heç cür yol tapa bilmədik. "İnter"in müdafiə xətti həmin günü yaxşı oynadı.

- "Qarabağ" artıq "Neftçi"nin çempionluğunu qəbul edib?

- Düzdür, bizim də şansımız qalır. Amma çox azdır. "Neftçi"nin son 2 oyunda 1 xal qazana bilməməsi elə də inandırıcı deyil.

- Artıq "Qarabağ"ın avrokuboklara yollanacağı dəqiqdir. Komandanın qitəmiqyaslı yarışlarda hədəfi nə olacaq?

- Bilirsiniz ki, "Qarabağ" daim Avroliqada inamlı çıxış edib. İki il ardıcıl play-offa yüksəlsək də, hər iki halda qarşımız güclü klublar çıxdı. Bu dəfə də "Qarabağ"ın hər bir futbolçusu avrokuboklarda ölkəmizi layiqincə təmsil edəcəyimizə inanır. İstəyirik ki, Avroliqada qrup mərhələsinə vəsiqə qazanaq. Bunun üçün yarışa ciddi şəkildə hazırlaşacağıq. Lakin püşkdən də çox şey asılıdır.

- Bir müddət əvvəl Madrid "Atletiko"su ölkəmizə gəldi. İspaniya təmsilçisi ilə Azərbaycanın ulduz futbolçularının qarşılaşacağı gözlənilirdi. Amma sonradan bu, baş vermədi. Həmin oyuna dəvət almışdın?

- Biz futbolçuyuq. Vəzifəmiz də rəhbərliyin, məşqçilər korpusunun tapşırığını yerinə yetirməkdi. Bizə deyəsdilər ki, çıxın, "Atletiko"ya qarşı oynayın, biz də oynayacağdıq. Amma öz adımdan deyirəm ki, mənə heç kim belə bir söz deməyib.

- O da deyilir ki, baş məşqçi Berti Foqts millinin futbolçularını cərimə ilə hədələyib. Bildirib ki, kim alternativ yığmanın heyətində meydana çıxsa, 40 min həcmində cərimələnəcək.

- Bu barədə eşitməmişəm. Yalandan bir söz deyə bilmərəm. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30