28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Prosineçki: “Mən də azərbaycanlılar kimi düşünürəm: biz Maltaya qalib gəlməyə borcluyuq"

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin müsahibəsi

- Malta ilə seçmə mərhələ oyunu öncəsi sizi narahat edən çox məqam var?

- Az deyil. Məni ən çox narahat edən məqamlardan biri bəzi yığma üzvlərinin klublarında oynamamasıdır. Amma Türkiyə toplanışı zamanı gördüklərim məni razı saldı.

- Amma Berti Foqts hər oyun öncəsi xeyli problemi qabardırdı. Ola bilər ki, siz hələ Azərbaycan futbolu ilə daha yaxından tanış ola bilmədiyinizə görə bir qədər rahat danışırsınız?

- Problemlər var. Amma mən daha çox narahatlıq doğuran məqamları dedim. Əsas heyətdə öz klublarında daim oynayan futbolçular meydana çıxacaq. Futbolçularımızı tanıyıram. Ona görə də bu baxımdan məndə həyacan yoxdur.

- Heyəti artıq müəyənləşdirmisiniz?

- Bəli. Martın 18-də növbəti turun oyunları keçiriləcək. Ondan bir gün sonra isə yığmaya dəvət olunacaq futbolçların siyahısını açıqlayacağam. Amma son turun seçimlərimə ciddi təsir edəcəyini düşünmürəm.

- Kamran Ağayevin son dövrlər "Kayserispor"da əsas heyətdə meydana çıxması, qol buraxmaması millinin qapısını ona həvalə edəcəyinizi deməyə əsas verir?

- Bu, Kamranın yığmada əsas heyət oyunçusu olacağını deməyə əsas vermir. Mən onu qarşıdakı oyuna dəvət edəcəyəm. Kimin meydana çıxacağını isə məşqlərdə görəcəyik.

- Siz onun "Kayserispor"dakı çıxışından razısınız?

- O, Kayseridə cəmi üç oyunda meydana çıxıb.

- Amma bu, onun Türkiyə klubuna yenicə keçməsindən irəli gəlir...

- O, "Qəbələ"də də daim oynamırdı. "Kayserispor"a keçəndən sonra da bir müddət oynamadı. O, təcrübəli qapıçıdır. Əvvəllər yığmada bir nömrəli olub. Amma indi millidə "İnter"in qapıçısı da var. Səlahət Ağayev klubunda daimi oynayır. Ona görə hələ Malta ilə oyunda kimin qapıda duracağına baxacağıq.

- Malta ilə oyundan bütün ölkə qələbə gözləyir...

- Mən də azərbaycanlılar kimi düşünürəm: biz Maltaya qalib gəlməyə borcluyuq. Amma hamı başa düşməlidir ki, bu, asan gəzinti olmayacaq. Rəqib də futbol oynamağı bacarır. Müdafiə oluna bilirlər. Şübhəsiz ki, istənilən halda qələbə qazanmağa çalışacağıq. Üç xalın Bakıda qalmasını istəyirik.

Mənbə: azerisport.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31