25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Azərbaycan kubokunda 3-cü dəfə

Ağdamın “Qarabağ” klubu Azərbaycan kubokunun 1/4 final mərhələsində “Bakı” ilə hər iki oyunda böyükhesablı qələbə qazanıb. Futbolxeber.az-ın məlumatına görə, ilk matçda 3:0, cavab qarşılaşmasında 4:1 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri buna nail olan 3-cü komanda olub. Belə ki, 1992-ci ildən start götürən ölkə kubokunun tarixində bunadək yalnız iki dəfə 1/4 finalda eyni komanda hər iki görüşdə 3 və ya daha çox top fərqilə qalib gəlmişdi. 1994/95 mövsümündə “Neftçi” paytaxt derbisində “İnşaatçı”dan üstün olub - 5:1. 2000/01 mövsümündə isə “Dinamo-Bakılı” (indiki “Bakı”) “Real”a gücünü göstərib - 4:0, 3:0.

Bu dəfə 1/4 finalın 8 oyunundan 4-də böyükhesablı nəticə qeydə alınıb. “Qarabağ”dan başqa, “İnter” “Xəzər Lənkəran”, “Simurq” isə “Qəbələ” ilə səfər oyununda 3 cavabsız qol vurub. Bir mövsümdə 1/4 finalda 4 böyükhesablı nəticənin qeydə alınması isə ölkə kuboku tarixinin rekordudur. İndiyədək ən çox – 3 belə hesab 1994/95, 2000/01 və 2003/04 mövsümlərinin 1/4 finalında qeydə alınmışdı.

Qeyd edək ki, “Bakı” üzərində qələbə “Qarabağ”ın Azərbaycan kubokunda 25-ci səfər qələbəsi ilə, matçdakı sonuncu top rəqib meydanlarında 70-ci qolla da əlamətdar olub.

 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30