29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Atası "Neftçi"nin işçisi olan hakim, bu komandanı məğlubiyyətdən xilas edib

Premyer Liqanın son turu çərçivəsində   keçirilən "Neftçi" - "Simurq" oyununda meydan sahiblərinə yaxın sima hakim imiş. Futbolxeber.az-ın məlumatına görə, oyunun yan xət hakimi olan Rza Məmmədov "Neftçi"yə bağlı simadır. Məsələ ondadır ki, Rza "Neftçi" İSM-də vəzifə sahibi olan və "Neftçi" klubunun bir neçə il idi ev oyunlarını keçirdiyi İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadiounun direktoru Məmmədəli Məmmədovun oğludur. Bildiyiniz kimi də, hər iki yerin vəzifə başçısı Sadıq Sadıqovdur.

Məsələ ondadır ki, məhz Rza Məmmədov Rəşad Eyyubovun ikinci qolunda bayrağını havaya qaldıraraq oyundankənar vəziyyət qeydə almışdı. Amma orada oyundankənar vəziyyətdən isə söhbət gedə bilməzdi. Əgər bu qol qeydə alınsaydı, o zaman hesab 1:2 "Simurq"un xeyrinə dəyişəcəkdi ki, bundan sonra "Neftçi"nin hesabı bərabərləşdirəcəyinə heç kim qarant ola bilməz. Deməli, atası "Neftçi"nin işçisi olan yan xətt hakimi bu komandanı məğlubiyyətdən xilas edib. 

Maraqlıdır ki, "Neftçi" bu cür halla əvvəllər də qarşılaşıb. Belə ki, Sadıq Sadıqov "Neftçi" ilə yanaşı həm də "Neftçi" İSM-də eyni vəzifəni tutur. "Neftçi" İSM-in U-17 komandasına isə əvvəllər Munis Abdullayev başçılıq edirdi. Bu, həmin Abdullayevdir ki, "Neftçi"nin iştirakı ilə baş tutan bir çox mühüm oyunlarda yan xətt hakimi olub. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31