20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Mirbağır İsayev: “Qrupumuzda yer alan bütün rəqiblərlə mübarizə aparmaq olar”

Avropa çempionatının elit-raund mərhələsində mübarizə aparacaq 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının bu gün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda açıq məşqi olub. Futbolxeber.az-ın məlumatına görə, məşqdən əvvəl yığmamızın baş məşqçisi Mirbağır İsayev mətbuat nümayəndələrinə açıqlama verib: “İlk növbədə komandaya diqqət ayırdığınız üçün sizə təşəkkür edirəm. Martın 2-dən təlim-məşq toplanışındayıq. Gündə iki dəfə məşq edirik. Hazırlıq plana uyğun davam edir. Toplanış ərzində iki yoxlama görüşündə qüvvəmizi sınamışıq. Heyətimizdə zədəli futbolçular var. Kazım Birkan, Ziya Əzizov zədəlidirlər. Deməzdim ki, bunlar komanda üçün ciddi itkidir. Ancaq oynasaydılar, böyük köməklikləri olardı. Əsas məqsədimiz ilk oyunadək futbolçuların hazırlığını pik həddə çatdırmaqdır. Yaxşı hazırlıq keçmək üçün AFFA tərəfindən hər cür şərait yaradılıb. Dünən baş katib Elxan Məmmədov da komanda ilə görüşərik hazırlığın gedişi ilə maraqlandı. Bu özü də futbolçular üçün bir stimuldur. Rəqiblərin oyunlarına baxıb analiz etmişik. Hər biri haqda məlumatımız var. Qrupumuzda yer alan bütün rəqiblərlə mübarizə aparmaq olar. Azərbaycanı layiqincə təmsil etmək borcumuzdur. Oyunların Bakıda keçirilməsinin mənfi və müsbət tərəfləri var. 16-17 yaşlı futbolçuları psixoloji cəhətdən yaxşı hazırlamaq lazımdır ki, meydanda əsl mübarizəyə hazır olsunlar. Bütün oyunlar bizim üçün əhəmiyyətlidir. İlk qarşılaşmada qələbə qazansaq, futbolçuların özlərinə inamı daha da yüksələcək. Novruz Bayramında xalqımıza sevinc bəxş etmək istəyirik”.


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30