25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Rəhman Hacıyev: “İnter”i də mübarizədən kənarlaşdırıb, finala yüksələcəyik”

“Baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirdik. Kompakt şəkildə mübarizə apardıq və sonda istədiyimiz nəticəni qazandıq. Artıq kubokda yarımfinala yüksəlmişik. İndi bu uğurun ardını gətirməliyik”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri “Neftçi”nin üzvü Rəhman Hacıyev deyib.

Gənc futbolçu AZAL-ın hakimdən narazılıq etməsinə münasibət bildirməyib: “Həmin epizodları görməmişəm. Ona görə də bu haqda heç nə deyə bilmərəm”.

Rəhman Hacıyev yarımfinalda üz-üzə gələcəkləri “İnter” barədə də fikirlərini açıqlayıb: “İnter”i də mübarizədən kənarlaşdırıb, finala yüksələcəyik. Buna inanıram. Əvvəlki turda çempionatda “İnter”lə üz-üzə gəldik. Düzdür, meydanı məğlubiyyətlə tərk etdik. Amma rəqib bizdən üstün deyildi. Sadəcə olaraq, bizi əks-hücumlarda yaxalayıb, qol vurdular. Futboldu, hər şey meydanda məlum olacaq”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30