19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Tərlan Əhmədov: “Hakimi söyən oyunçu cəzalandırılmalıdır”

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində “Neftçi”yə 0:1 hesabı ilə uduzduqları görüşü şərh edib. Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Əhmədov futbolçularının ilk yarıda həyəcanlı olduğunu bildirib: “İlk oyunda qol buraxmamışdıq. Hiss edirdim ki, cavab oyunu bizim üçün ağır keçəcək. İlk hissədə oyunçularımda həyəcan vardı. Mən fasilədə futbolçulardan xahiş etdim ki, meydançaya çıxıb gözəl oyun sərgiləsinlər. Cinahlardan oyun qurmağa çalışdıq. Amma Viktor İqbekoyinin olmaması hücumların sürətli qurulmasına mane oldu. Mən indiyə kimi hakimlik barədə danışmamışam. Əgər bir oyunçu oyunçunu söyüb 3 oyun cəza alırsa, hakimi söyən oyunçu da cəzalandırılmalıdır. Belə hallar futbolun gözəlliyinə xələl gətirir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30