20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Kanales rekorda imza atıb

“Neftçi”nin hücumçusu Nikolas Kanales Azərbaycan futbolu tarixinin ən sərrast legioneridir. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, çilili futbolçu  Topaz Premyer Liqasının XXIX turu çərçivəsində “Qarabağ”la keçirilmiş oyunda 26-ci qolunu vurmaqla, özünəməxsus rekordu yeniləyib. Xatırladaq ki, bu mövsümədək rekord 1997/98 mövsümündə 20 dəfə fərqlənmiş Badri Kvaratsxeliyanın aktivində idi.

Nikolas Premyer Liqada mübarizə aparan klublardan yalnız “Turan”ı məyus edə bilməyib. “Turan”dan başqa bütün komandaların qapısına yol tapan çilili oyunçunun ən çox məyus etdiyi komanda “Sumqayıt”dır. “Sumqayıt”a iki oyunda 5 qol vuran hücumçu “Xəzər Lənkəran”la hər iki matçda da qol sevinci yaşayıb. “İnter”in qapısına isə Kanales ümumilikdə 4 dəfə yol tapıb. Futbolçu AZAL, “Simurq”, “Kəpəz” və “Qarabağ” klubları ilə oyunlarda dubl edib. Maraqlıdır ki, Nikolas Kanales bu mövsüm “Neftçi”nin ən çox oyun keçirən futbolçularından da biridir. O, komandanın cari mövsümdə keçirdiyi 47 rəsmi oyunun 45-də meydana çıxıb.

Qeyd edək ki, çilili hücumçu qarşıdakı 2 görüşdə rekordunu yeniləyə bilər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30