23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Simurq" "Qəbələ"ylə oyuna hazırdı

Sabah Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşması çərçivəsində "Simurq" doğma arenada "Qəbələ"ni qonaq edəcək. Futbolxeber.az-ın məlumatına görə, ilk görüşdə səfərdə rəqibini 3:0 hesabı ilə məğlub etməyi bacaran Zaqatala təmsilçisi bu gün hazırlıqları tamamlayıb. Qarşılaşmanın keçiriləcəyi vaxtda son məşqinə çıxan “Simurq” bir saata yaxın davam edən çalışmaya isinmə hərəkətləri ilə başlayıb. Daha sonra qısa ötürmələr və qruplara bölünərək "kvadrat" oynanılıb. İkitərəfli oyundan sonra qapıya zərbələr, cinahlardan asmaların qapanması yerinə yetirilib. Bundan sonra hazırlıqları tamamlayan "Simurq", istirahətə çəkilərək görüşün başlama vaxtını gözləməyə başlayıb.

Görüşə tam heyətlə hazırlaşan "sarı-qaralar"da uzun müddətdir zədədən əziyyət çəkən Əli Gökdəmir artıq komanda ilə birgə məşqlərə qoşulub. "Qəbələ" ilə cavab qarşılaşmasında yalnız sarı vərəqə limitini dolduran Samir Zərgərov iştirak edə bilməyəcək.

Sabah saat 17:00-da start götürəcək qarşılaşmanı Ramil Diniyev idarə edəcək. Qarşılaşma "Simurq TV" vasitəsilə canlı yayımlanacaq.


simurqpfk.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30