28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Rəvan": biri siftə, ikisi debüt etdi

 

Premyer Liqanın 30-cu turu çərçivəsində "Kəpəz”in qonağı olan "Rəvan” məğlub olsa da, oyun komanda üçün bəzi məqamlarla yaddaqalan oldu. Futbolxeber.az-ın məlumatına görə, 2 futbolçu əsas komandada rəsmi debüt edib.

Müxtəlif səbəblərə görə "Dalğa Arena”dakı oyuna ciddi itkilərlə çıxan "Rəvan” əsas heyətin 5 dəyişməz üzvünün yoxluğunda əsasən daha az oynayanlar və gənclərlə mübarizə apardı. Çempionatlar tarixində 110-cu görüşünü keçirən komandada əvəzedici heyətin 2 üzvü - 1993-cü il təvəllüdlü qapıçı Sadiq Ramazanovla 1997-ci il doğumlu yarımmüdafiəçi Anar Həsənov debüt etdi. Sadiq bütün matçı meydanda keçirdisə, Anar 86-cı dəqiqədə meydana çıxdı və artırılmış vaxtı da nəzərə almaqla 8 dəqiqə oynadı. Bununla belə, qısa müddət ərzində o özü haqda müsbət fikir formalaşdırdı. Hər halda, oyundan sonrakı mətbuat konfransında baş məşqçi Ramil Əliyev gənclərdən məhz Anarın çıxışından razı qaldığını söylədi. Qeyd edək ki, Sadiq və Anar Premyer Liqada "Rəvan” forması geyinmiş uyğun olaraq 53-cü və 54-cü oyunçu oldu.

Zədə səbəbi ilə cari mövsüm elə də çox oynamaq şansı qazanmayan Vüsal Qarayev isə Premyer Liqada ilk dəfə start heyətində meydana çıxdı. Özü də oyunun sonlarında fərqlənən "9” nömrə cari mövsümdə ilk qolunu vurdu. O, "Rəvan"ın elitada mübarizə apardığı dövrdə fərqlənən 21-ci üzvü oldu. Qeyd edək ki, Vüsal ötən mövsüm 9 matçda meydana çıxsa da, qol vura bilməmişdi. Hər halda, bu dəfə "şeytanın qıçını qıran” Qarayev həm də komandanın qollu seriyasını 12 oyuna çatdırmasına yardım etdi. Bu qol eyni zamanda "Rəvan”ın Premyer Liqada rəqib qapılarından keçirdiyi 80-ci top oldu. Ötən mövsüm 39 dəfə fərqlənən komanda bu dəfə artıq 41 qol vurub. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31