29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“İnter” son 6 ilin rekorduna imza atdı

Bakının “İnter” klubu Azərbaycan Premyer Liqasında məğlubiyyətsiz oyunlar seriyasını 18-ə çatdırıb. Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, sonuncu dəfə 2014-cü il avqustun 29-da “Xəzər Lənkəran”la səfər oyununda 0:1 hesabı ilə uduzan Kaxaber Sxadadzenin yetirmələri XXV turun “Neftçi” ilə görüşündə (2:0) uduzmamaqla son 6 ilin rekordunu müəyyənləşdirib. Belə ki, 2009-cu ilin martından sonrakı dövr üçün ən uzun məğlubiyyətsiz oyunlar seriyası 17 matçdan ibarət idi. 2011-12-ci illərdə qeydə alınan həmin göstərici “İnter”in də tarixində 2-ci nəticə idi.

“Neftçi”yə uduzmamaqla, klub tarixinin 2-ci nəticəsini göstərən “İnter” 2008-09-cu illərdəki rekordunun 3 addımlığındadı. Həmin vaxt bakılılar 21 matçda uduzmamışdı.

Bu dəfəki 18 oyunluq seriya Azərbaycan çempionatları tarixində 15-ci göstəricidir. Mütləq rekord isə “Kəpəz”ə məxsusdur - 28 oyun. “Turan” 27, “Neftçi” və “Şəmkir” isə hər ikisi 26 məğlubiyyətsiz oyunlar seriyasına malikdir.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31