29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Viktor Mendi: “Zaqatalaya revanş üçün yollanırıq, imicimizi qorumalıyıq”

“Qəbələ”nin hücumçusu Viktor Mendi Futbolxeber.az saytına müsahibə verib.

- Premyer Liqanın son turunda “Qəbələ” “Sumqayıt” üzərində 2:0 hesablı qələbə qazandı. Qarşılaşma barədə nə deyə bilərsən?

- İlk yarıda çox yaxşı oynadıq. Bunun da nəticəsində 2 qol vurduq. 45 dəqiqə ərzində rəqibdən tam üstün idik, şanslarımızı da dəyərləndirdik. Amma ikinci hissədə komanda elə də çox hücum etmədi. Bununla belə, əsas olan qələbə idi.

- İkinci hissədə “Qəbələ”nin sakitləşməsinin səbəbi nə idi?

- İlk yarıdan sonra hesab 2:0 idi və bu, yaxşı nəticədir.  Buna görə də biz geri çəkildik, rəqib irəli atıldı. Əks-hücumlar üçün yaxşı şərait yaranmışdı. Lakin üçüncü qolu vura bilmədik.

- Sənin əvəzlənməyin nə ilə bağlı idi: yorulmuşdun, ya sadəcə məşqçinin qərarıydı?

- Təbii ki, yorğun idim. Amma sona kimi oynaya bilərdim. Görünür, məşqçi növbəti oyunlar üçün məni qorudu.

- Qarşıdan kubok oyunu gəlir. “Qəbələ”nin hələ də yarımfinal ümidi qalıb?

- Ümid həmişə var. Amma çox çətin olacaq. İlk oyunda ağır məğlubiyyət aldıq. Mərhələni keçməsək belə, səfərə yalnız qələbə qazanmaq üçün əimizdən gələni edəcəyik ki, qalib gələk. Səfərə revanş üçün yollanırıq, imicimizi qorumalıyıq. 3 qol buraxmaq komanda üçün mənfi haldı.

- “Qəbələ”nin Avroliqa şansını necə dəyərləndirirsən?

- Məqsədimiz Avroliqaya yollanmaqdı. Bunun üçün yaxşı oynamalıyıq. Əgər inamlı çıxışımızı davam etdirsək, Avroliqaya yollana bilərik. İlk növbədə çox qol vurmalıyıq.

- Cari mövsümdə hücumda tək yer alırsan. Səninçün belə rahatdı, yoxsa komanda 2 forvardla oynayanda?

-  Mənim üçün fərqi yoxdu. Ötən il 2 hücumçu ilə oynayırdıq, indi isə 1. Məşqçi nə qərar versə, hörmətlə yanaşamalıyıq

- Premyer Liqanın 26-cı turunda “Qəbələ” səfərdə “İnter”lə qarşılaşacaq. Çempionatda ardıcıl dördüncü qələbəni qazanmaq mümkün olacaq?

- Futbolda əvvəldən nəyisə demək çətindir. Belə baxanda, yaxşı oynayırıq. Amma əsas olan qol vurmaqdı. Çünki elə oyunlar olub ki, yaxşı çıxış etsək də, şanslarımızdan yararlana bilməmişik.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31