25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Nildo: “Qarabağ”dan 2 oyunda 6 xal alacağımıza inanmasaq, heç meydan çıxmarıq”

“Kubok oyununda yaxşı nəticə qazandıq. Lakin yarımfinala vəsiqəni hələ həll etməmişik. Qarşıda cavab oyunu var”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri “İnter”in hücumçusu Franka Nildo deyib.

Son 2 oyunda start heyətində meydana çıxmayan braziliyalı forvard baş məşqçi Kaxaber Sxadadzenin qərarına hörmətlə yanaşdığını bildirib: “Mən meydana çıxmağa 100 faiz hazıram. AZAL-la oyunda zədələnsəm də, artıq heç bir problem yoxdur. “Simurq”la kubok oyununda meydana sonradan çıxmağım məşqçinin qərarı idi. Buna da hörmətlə yanaşmalıyam. Ümid edirəm ki, növbəti oyunda ilk “11-lik”də yer alacağam”.

“İnter” üçün çempionat, yoxsa kubok daha vacibdir” sualını Nildo belə cavablandırıb: “Hər 2 turnir bizim üçün vacibdir. Bacardığımız qədər irəli getməyə çalışacağıq. Hər oyun bizim üçün mühüm əhəmiyyət kəsb edir”.

“İnter”in forvardı bu gün Premyer Liqanın 25-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri oyun haqda da danışıb: “Həftəarası kubok oyunu keçirsək də, bugünki matçda fiziki baxımdan heç bir problem yaşamayacağıq. “Neftçi” ilə görüş çox mühüm əhəmiyyət kəsb edir. Çünki bu komandanı cəmi 1 xal qabaqlayırıq. Çempionluq mübarizəsini davam etdirmək üçün “Neftçi”ni məğlub etməliyik”.

Çempionluq şansı barədə isə Nildo bunları söyləyib: “Hazırda “Qarabağ”dan 6 xal geri qalırıq. Bu, elə də böyük fərq deyil. Qarşıda “Qarabağ”a qarşı 2 oyunumuz var. Həmin görüşlərdən 6 xal götürəcəyimizə inanıram. Buna inanmasaq, heç meydan çıxmarıq”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30