29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Simurq”un futbolçusu: “Nəyə görə qələbə qazananda soruşmursuz ki, nə baş verir?”

"Simurq”un serbiyalı yarımmüdafiəçisi Marko Stanoyeviç Futbolxeber.az saytına müsahibə verib.

- Premyer Liqanın 24-cü turu çərçivəsində “Simurq” səfərdə “İnter”ə 1:2 hesabı ilə uduzdu. Qarşılaşma haqda nə deyə bilərsən?

- Çətin oyun keçdi. “İnter”in güclü olduğunu bilirdik. İlk yarıda erkən qol buraxdıq. Amma sonradan özümüzə gəldik. Hesabı bərabərləşdirmək üçün çalışsaq da, alınmadı. İkinci yarıda qapımızda daha bir qol gördük. Sona yaxın fərqi azaltdıq. Bununla belə, cavab qolunu vurmaq mümkün olmadı. Təbii ki, uduzmağımız yaxşı hal deyil. Hər dəfə məğlubiyyətdən sonra məyus olursan. İndi irəli baxmalıyıq, qarşıdakı kubok oyununu düşünməliyik.

- Deyirsən ki, nə qədər çalışsaq da, alınmadı. Bunun səbəbini nədə görürsən?

- Səbəb odur ki, “İnter” yaxşı komandadır. Biz isə bu oyunda topu özümüzdə çox saxlaya, sürətli ötürmələrlə oynaya bilmirdik. Şanslar var idi. Amma böyük qüvvə ilə hücum qurmağı bacarmadıq.

- “İnter”in qapısına vurduğun qolla hesab arasındakı fərqi azaltsan da, dərhal sonra qırmızı vərəqə ilə meydandan uzaqlaşdırıldın...

- Nə deyə bilərəm ki? Hakim belə qərar verdi.  

- Səncə, orada qırmızı vərəqə var idi?

- Mən rəqibə qarşı kobud oynamaq istəmirdim. Bu, təsadüfən alındı.

- Hakimin qərarını haqlı sayırsan?

- Qərarı şərh etməyəcəyəm. Hakim nə görürsə, onu da verir.

- “Simurq” üçüncü dövrəyə uğurla başlasa da, son 3 oyunda komanda qələbəyə həsrət qalıb. Nə baş verir?

- Nəyə görə qələbə qazananda soruşmursuz ki, nə baş verir? Udanda uduruq, alınmayanda da alınmır. “Sumqayıt”la oyunda hesabı rəqib açdı. Bərabərlik qolunu vursaq da, ikinci topu rəqib qapısından keçirə bilmədik. Biz hər oyunda meydana qələbə üçün çıxırıq. Lakin 2 oyunda istəyimizə çata bilmirik. İnanıram ki, növbəti oyunlarda vəziyyət dəyişəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31