24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Qəbələ”dən 100-cü qələbə

“Qəbələ” Azərbaycan çempionatları tarixində güclülər dəstəsində 100-cü qələbəsini qazanıb. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasının XXIV turunun “Qarabağ”la səfər matçınadək elitada keçirdiyi 261 matçdan 99-nu 3 xalla başa vuran “qırmızı-qaralar” yubiley uğurunu son çempionla görüşdə əldə edib. Namiq Ələsgərovun avtoqolu ilə gələn 1:0 hesablı qələbə 64 heç-heçə və 98 məğlubiyyəti olan komanda üçün 100-cü qalibiyyət olub.

İlk qələbəsini 2006-cı il avqustun 26-da qazanan Qəbələ təmsilçisi “Gilan” adı ilə əldə etdiyi həmin zəfərə də səfərdə 1:0 hesabı ilə nail olmuşdu. 9 il öncə Qusar “Şahdağ”ı Quba Olimpiya Kompleksinin meydanında məğlub edilmişdi. 50-ci qələbə 2011-ci il mayın 19-da “Muğan”la ev oyununa təsadüf edib – 2:1.

“Qırmızı-qaralar” 100 qələbədən 58-ni evdə, 42-ni səfərdə qazanıb.

Komandamız daha çox qələbəni 2013/14 mövsümündə əldə edib: 2006/07 - 4, 2007/08 - 11, 2008/09 - 9, 2009/10 - 13, 2010/11 - 13, 2011/12 - 15, 2012/13 - 10, 2013/14 - 18, 2014/15 - 7.

Baş məşqçi Roman Qriqorçuk 3-cü qələbəyə sevinib: Onun həmkarları Ramiz Məmmədov 43, Yuri Syomin 18, Toni Adams 17, Fatih Kavlak 13, Dorinel Muntyanu 3, Faiq Cabbarov, Luis Araqon və Sənan Qurbanov hərəyə 1 dəfə belə sevinc yaşayıb.

“Qəbələ” Premyer Liqada qarşılaşdığı klublardan yalnız ikisinə - “Masallı” və “MKT-Araz”a qalib gəlməyib. “Qarabağ”ı 7-ci dəfə məğlub edən “qırmızı-qaralar” 100 qələbəni 19 komanda üzərində əldə edib: “Turan” - 11, “Simurq”, “Bakı” - 9, “Sumqayıt” - 8, “Qarabağ”, “Neftçi” - 7, “Muğan”, “Xəzər Lənkəran” - 6, “İnter”, AZAL, “Rəvan”, “Standard” - 5, “Karvan” - 4, MOİK, “Gənclərbirliyi” - 3, “Kəpəz”, “Bakılı”, ABN - 2, “Şahdağ” - 1.

“Qəbələ” daha çox 1:0 hesabı ilə qalib gəlib. Ümumiyyətlə isə 9 müxtəlif qələbə hesabı qeydə alınıb: 1:0 - 31, 2:1 - 28, 2:0 - 17, 3:0 - 8, 3:1 - 7, 4:0 - 4, 4:1 - 3, 6:0, 3:2 - 1.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30