19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Əfran İsmayılov: “Çempionluq mübarizəsi hələ bitməyib”

“İnter”in və millimizin yarımmüdafiəçisi Əfran İsmayılov Futbolxeber.az saytına müsahibə verib.

- Milli komandamız yoxlama oyununda “Şaxtyor”a 1:2 hesabı ilə uduzdu. Bu qarşılaşma yığmamıza nə qazandırdı?

- Klubla oynasaq da, maraqlı görüş alındı. “Şaxtyor” çox güclü komandadır.Heyətlərində xeyli sayda braziliyalı futbolçu çıxış edir. Hamısı da özünü sübut etmiş futbolçulardı. Komandamıza gəldikdə, birinci hissə başqa heyət oynadı. Fasilədən sonra isə məşqçilər gənclərə şans verdi. Oyun istədiyimiz kimi keçdi. Vurduğumuz qol üzərində məşqlərdə çalışırdıq. Necə planlaşdırmışdıqsa, elə də oldu.

- Yığma ilk dəfə Prosineçkinin rəhbərliyi altında hazırlıq keçdi. Foqtsla onun keçdiyi məşqlər arasında hansı fərqlər var?

- Hazırda millinin düşərgəsində ab-hava tamam fərqlidi. Prosineçki komandada qısa müddətdə hamı ilə dil tapıb. Təcrübəlilərlə, gənclərlə, həkimlə, adminstratorla - bir sözlə hamı ilə mehribandır. Hamı da onun xətrini çox istəyir. Məşqləri də yüksək səviyyədədir. Hiss olunur ki, hücumameyilli futbol sərgiləməyimizi istəyir. Bu da bizə sərfəlidir. Çünki bizdə futbolçuların çox hücumameyillidir.

- Qarşıdan Malta ilə oyun gəlir. Səncə, yığma Malta ilə görüşdə qələbə qazana biləcək?

- Maltaya qarşı oyunu öz meydanımızda keçirəcəyik. Məqsədimiz yalnız qələbə qazanmaqdı. Maraqlı oyun olacaq. Oyuna xeyli vaxt qalsa da, indidən hamımızın fikri bu oyundadır. Həmin matçda hücum futbolu sərgiləyəcəyik. İnanıram ki, doğma divarlar arasında azarkeşlərimizi sevindirə biləcəyik.

- Bu gün “İnter” Premyer Liqanın 24-cü turu çərçivəsində “Simurq”u qəbul edəcək. Bu görüş barədə fikirlərin necədir?

- Oyunun hazırlığını artıq başa vurmuşuq. Komandanın düşərgəsində hər şey yaxşıdı. Millidə daim oynamaq üçün futbolçu ilk növbədə klubunda möhkəmlənməlidir. Çalışacağıq ki, yaxşı oyun göstərək. Məqsəd qələbədi. “Simurq”la oyun çox çətin keçəcək. Bu komanda daim iddialılara başağrısı olub. Üstəlik, hazırda Avroliqaya getməyə ən real namizədlərdəndir.

- Sən də daxil olmaqla “İnter”in bir neçə üzvü yalnız “Simurq”la oyunöncəsi son məşqdə iştirak edə bildi. Bu məqam “İnter”in əleyhinə işləyə bilər?

- İnanmıram ki, bunun təsiri olsun. Bəlkə də yüngül təsiri ola bilər. Amma ciddi problem yaşayacağımızı düşünmürən. Meydana çıxanda hamı Sxadadzenin nə istədiyini bilir. Millidə fərqli futbol oynayırıq, klubda ayrı. Artıq klubun düşərgəsindəyiksə, hamı üzərinə düşəni dərk edir.

- “İnter” AZAL-la oyunda 2 xal itirdi və nəticədə liderlə xal fərqi 9-a çatdı. Fərqin bu qədər böyük olması “İnter”in futbolçularında ruh düşkünlüyü yaratmır?

- Yox, bu məqam bizə təsir göstərmir. Çempionluq müabrizəsi hələ bitməyib. Mübarizə qabaqdadır. Əlimizdən gələni edirik ki, istədiyimiz nəticələri qazanaq. Əsas öz oyunumuzdur. Biz qələbə qazansaq, digər nəticələr ikinci plana düşəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30