29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“İnter”də bosniyalı məşqçi

“İnter”in baş məşqiçisi Kaxaber Tsxadadze mövsümün sonunadək “bankirlər”lə yanaşı, Gürcüstan millisini də çalışdıracaq. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu səbəbdən texniki heyət Marino Pusicin simasında əlavə köməkçi məşqçilə gücləndiriləcək.

 Marino Pusic 1971-ci il avqustun 18-də Bosniya və Hersoqovinanın Mostar şəhərində anadan olub. Proffesional futbolçu kimi o, "Red Star"(Belqrad), "Velez" (Mostar, Bosniya və Hersoqovina), "FC Köln"(Almaniya), "De Graafschap"(Hollandiya), "Go Ahead Eagles" (Hollandiya) kimi klublarda və iki oyun Bosniya və Hersoqovina yığmasında çıxış edib. Marino Pusic 2009-2013-cü illərdə "Vitesse Arnhem"(Hollandiya) klubunun 19 yaşlılardan ibarət komandasını çalışdırıb, 2013-cü ildə isə  UEFA Pro lisenziyasını alıb. 2013- cü ilin iyulun 1- dən 2014-cü ilin oktaybr ayınadək  "NAC Breda" (Hollandiya) klubunda köməkçi məqçi kimi çalışıb.

"İnter" komandasının idman direktoru Roland Vroomans Marino Pusic haqqında bunları açıqlayıb: “Biz onu  mövsümün sonunadək texniki heyəti gücləndirmək üçün yaxşı namizəd hesab edirik. Bununla da biz diqqətimizi əsas komandanın oyunçularına və nəticəyə yönəldərik. Eyni zamanda biz komandanın yeni texniki heyətini gələcək bir nece il ərzində formalaşdıra bilərik".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31