26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Rəşad Sadiqov və Ruslan Əmircanov “Qarabağ”a qarşı oynamayacaq

Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində səfərdə “Qarabağ”la qarşılaşacaq “Qəbələ” doğma məkanda hazırlıqları tamamlayaraq paytaxta yollanıb. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın Qəbələdə son məşqi bu gün səhər saatlarında baş tutub. “Qırmızı-qaralar” qarşılaşma öncəsi son məşqinə sabah “Qarabağ”ın ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına mərkəzi stadionda çıxacaq. Komanda Bakıya iki itki ilə - zədəlilər Ruslan Əmircanov və Rəşad Sadiqovsuz yollanıb. Azərbaycan milli komandasının düşərgəsində Antalya toplanışına qatılmış Elvin Camalov, Cavid Hüseynov və Ruslan Abışov bu gün komandaya qoşulacaq. Onlar sabahkı məşqdə komandayla birlikdə hazırlaşacaq.

Qeyd edək ki, fevralın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Qəbələ” matçı saat 17:00-da start götürəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30