19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Robert Prosineçki: “Mən elə hücumçu axtarıram ki...”

Milli komandamızın baş məşqçisi Robert Prosineçki U-21 yığmamızın Qana ilə keçirdiyi yoldaşlıq oyunundan (1:2) sonra Qol.Az-ın suallarını cavablandırıb. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- Əvvəlcə qarşılaşma haqda fikirlərinizi öyrənək...

- Maraqlı, dinamik oyun oldu. Komandamız çox hərəkəti idi və istək hiss olunurdu. Futblçular çox çalışırdı. Qana da zəif rəqib deyil. Hər iki komanda top uğrunda sona qədər mübarizə aparırdı. Millimizin heyətində yeni oyunçu çoxdur. Toplanışda cəmi dörd gün olublar. Komandanın yaxşı potensialı var.

- Əvvəlki müsahibənizdə bildirmişdiz ki, hər toplanışda aşağı yaş qrupları üzrə komandalardan bir futbolçunu əsas milliyə dəvət edəcəksiz. Bu komandada elə bir futbolçu varmı növbəti toplanışa dəvət edəsiz?

- Sözsüz ki, gələcəkdə U-21-in bir neçə oyunçusuni əsas komandaya dəvət edəcəyik. Coşqun Diniyev, Elvin Camalov bu gün U-21-də çıxış etdi. Bu gün Taşkın İltərin də oyununu gördüm. Onun haqqında eşitmişdim. Gələcəkdə biz onu da əsas komandada görəcəyik.

- Nurlan Novruzovun sizin oyun sisteminizə uyğun gəlmədiyini bildirdiz. Bu, futbol ictimaiyyətində birmənalı qarşılanmadı. Oyun sistemi deyəndə nəyi nəzərdə tutursuz?

- Nurlan yaxşı futbolçudur. Ancaq mən sırf oyun sistemimə uyğun olan futbolçuları milliyyə dəvət etmişəm.

- Yəni sizə taran tipli hücumçu lazımdır?

- Mən elə hücumçu axtarıram ki, lazım olanda ön xətdə top saxlasın, boş mövqeyə çıxsın, top saxlaya bilsin. Dünən “Şaxtyor”la matçda Məhəmməd Qurbanov ilk dəqiqələrdə çətinlik çəkirdi, amma sonra oyununu tapdı və məhsuldar ötürmə verdi. Ondan razı qaldım.

- Əsas millidə 4-1-4-1 sistemini tədbiq etdiniz. Aşağı yaş qruplarının baş məşqçiləri ilə söhbətinizdə  bildirmisiniz ki, onlar da bu sistemdən istifadə etsinlər?

- Onda gərək klubların baş məşqçiləri ilə də danışım ki, onlar da həmin sistemlə oynasınlar. Ancaq dünən güclü rəqibə qarşı oyunda bu, özünü doğrultdu. Yəni klubda bir, milli komandada digər sistemlə oynamaq problem yaratmır. Müdafiədə 4-1-4-1 oynayırıq, hücuma keçəndə isə 4-3-3  taktikasına keçirik. Məncə dünən bu sistemlə komanda yaxşı oynadı.    




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30