25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Yaşar Vahabzadə: “Hücum xəttində oynamağa futbolçumuz yoxdur”

"Antalya toplanışında iki matç keçirdik. Futbolçularımın sərgilədiyi oyundan, əzmkarlıqlarından razıyam. Komandada istək var idi. Qana fiziki, atletik cəhətdən  bizdən güclü idi. Məğlub olmağımıza baxmayaraq, futbolçularım sona qədər mübarizə apardı". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Qol.az-ın Antalyaya ezam olunmuş müxbirinə 21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Yaşar Vahabzadə Qanaya 1:2 hesabı ilə uduzduqları yoxlama matçından sonra deyib.

"Əsasən də birinci hissədə baxımlı oyun göstərdik. İki gündən bir görüş keçirdiyimizə görə, bəlkə də oyunçularımda bir az yorğunluq var idi. Amma yenə də sağ olsunlar ki, axıra kimi mübarizə apardılar" - deyə o bildirib.

Y.Vahabzadə millimizin ən böyük problemini də açıqlayıb: "Nə qədər çalışsaq da, hesabı bərabərləşdirə bilmədik. Bu, futboldur. Ən böyük problemimiz hücumçu problemidir. Biz Orxan Əliyevi məcburiyyətdən mərkəz hücumçusu mövqeyində oynadırıq. Birinci oyunda iştirak etdi, pis təsir bağışlamadı. Bu gün də çalışırdı ki, nəsə etsin. Amma o, klubunda tipik hücumçu kimi yox, cinahda oynayır. Təəssüflə deyirəm ki, hücum xəttində oynamağa futbolçumuz yoxdur. Düzdür, klubların əvəzedici heyətlərində var, hamısını nəzərdən keçirmişik. Lakin bu səviyyədə gəlib oynaya biləcək hücumçu yoxdur. Buna görə də, əlimizdə olanlardan istifadə edirik".

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30