29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Elvin Məmmədov: “2 turdan sonra çempionluq barədə dəqiq söz demək olar”

“İnter”in yarımmüdafiəçisi Elvin Məmmədov Futbolxeber.az saytına müsahibə verib.

- Premyer Liqanın son turunda “İnter” AZAL-la səfər oyununda vacib 2 xal itirdi. Xal itkisinin səbəbini nədə görürsən?

- Oyuna yaxşı başlamadıq. Bərabərlik qolunu vursaq da, lazım olan qələbə topuna imza ata bilmədik. Qələbə bizə çox lazım idi. Çünki liderdən daha da geri düşmək istəmirdik. Sona kimi əlimizdən gələni etdik. Amma alınmadı. Futboldu, belə hallar olur. İndi növbəti oyunları düşünməliyik.

- “İnter” son matçda özünə oxşamırdı. Bunun səbəbi nədir?

- AZAL yaxşı komandadır. Güclü rəqib olduğunu bilirdik. Onlar bizə qarşı müdafiədən oynadılar. Onsuz da AZAL-ın oyun tərzi belədir. Müdafiədə oturub, əks-hücumlara bel bağlayırlar. Bizim üçün ağır oyun oldu.

- Sanki “İnter” həmin gün hücumda dişsiz idi...

- Bəli, bu fikirlə razıyam. Nildonun zədələnib oyunu tərk etməsi bizə ciddi pronblem yaratdı. O meydanda olduğu müddətdə daha yaxşı çıxış edirdik. Nildo meydanı tərk etdikdən sonra Baçana hücumda tək qaldı. Nəticədə də rəqib qapısı qarşısında ciddi təhlükə yarada bilmədik.

- Artıq “İnter” “Qarabağ”dan 9 xal geri qalır. Razısan ki, liderə çatmaq bundan sonra sizin üçün çətin olacaq?

- Həqiqətən də rəqibdən xeyli aralı düşdük. Amma aramızda oyunlar qalıb. Üstəlik, qarşıda xeyli tur var. Məncə, “Qarabağ” da xal itirəcək. Çempionluqdan danışmaq istəmirəm. İndi tezdir. 2 turdan sonra bu barədə dəqiq söz demək olar.

- AZAL-la oyundan sonra yaşanan dava-dalaş barədə fikirlərin necədir?

- Bu məsələ artıq keçmişdə qaldı. Futbolda belə halların yaşanmasını heç kim istəməz. Amma arada belə vəziyyət yaranır. Baş verənlər elə orada qaldı.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31