29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Elvin Yunuszadə: “Qarabağ” 90 faiz çempionluğun taleyini həll edib, lakin...”

“Neftçi”nin müdafiəçisi Elvin Yunuszadə Futbolxeber.az saytına müsahibə verib.

- “Neftçi” təxirə salınmış oyunda AZAL üzərində çətin qələbə qazandı. Qarşılaşma barədə nə deyə bilərsən?

- Birinci hissədə yaxşı oyandıq. Amma fasilədən sonra zəif təsir bağışladıq. Özümüzə oxşamırdıq. Meydança amili də sözünü deyirdi. Süni ot örtüyündə oynamaq çətindi. Amma əsas odur ki, qalib gəldik. 3 xal bizim üçün vacib idi. Bu qələbədən sonra ikinci pillədə qərarlaşan “İnter”lə xal fərqimiz 1 oldu. “Neftçi”sevərləri təbrik edirəm. İnanıram ki, bu qələbənin ardı gələcək.

- Oyunun gedişində AZAL-ın hücumçusu Freddi Mombonqo ilə tez-tez aranızda mübahisə düşürdü. Bu, nədən irəli gəlirdi?

- Meydançada yaşananlar ancaq mübarizədi. Onunla çox gözəl münasibətimiz var. Meydanda olan elə meydanda da qaldı.

- “Qarabağ”a məğlubiyyətdən sonra “Neftçi” demək olar ki, çempionluq şansını itirdi. Bu məqam motivasiya baxımından sizə problem yaradır?

- Uduzmaq xoş deyil. Amma o demək deyil ki, “Qarabağ”a uduzmuşuqsa, əllərimizi yanımıza salmalıyıq. Qarşıda oyunlar var, üstəlik kubokda mübarizəni davam etdiririk. Əlimizdən gələnin artığını etməliyik. Bundan sonra hər oyuna qələbə üçün çıxmalıyıq. Üçüncü yerdən üstün ikinci yer var.

- Amma komanda yoldaşlarının heç də hamısı sənin kimi düşünmür. Məsələn, Erik Ramos “Qarabağ”a məğlubiyyətdən sonra bildirdi ki, bu komanda 5-6 turdan sonra çempionluğu təmin edəcək...

- Real yanaşsaq, “Qarabağ” 90 faiz çempionluğun taleyini həll edib. Lakin biz bununla razılaşmalı deyilik. Sona kimi mübarizə aparmaq lazımdı.

- Azarkeşsiz oynamaq çətindi?

- Azarkeşsiz oynamaq tək “Neftçi” üçün yox, məncə bütün komandalar üçün xoş deyil. Aldığımız motiviya azarkeşdəndir. Biz məhz onlar üçün meydana çıxırıq. Heç kim istəməz ki, azarkeşsiz oynasın.

- Səncə, “Neftçi” sözün bütün mənalarında niyə batır?

- Futbolda heç vaxt 1 xətt üzrə gedə bilməzsən. Dünya səviyyəli klublar da bəzən böhran yaşayır. İnanıram ki, biz çətin vəziyyətdən çıxacağıq, bunun öhdəsindən gələcəyik. Həqiqətən də azarkeşlərimiz bizim üçün əzizdi. Onların stadionda olmaları böyük dəstəkdi.

- “Neftçi”də maliyyə problemləri olduğu bildirilir. Həqiqətənmi belədir?

- Bu barədə danışmasam, yaxşıdı. Qarşıdakı günlərdə ətraflı söhbət edərik.

- Deməli, problem həqiqətən də mövcuddu.

- Elə bir şeyə deyə bilmərəm, inşallah yaxşı olar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31