16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Çalışacağıq həbs olunan azarkeşlərə qanun çərçivəsində dəstək olaq”

“Qarabağ”la oyundan sonra azarkeşlərimizin aqibəti ilə maraqlandıq. Bizə ilk olaraq bildirildi ki, tutulan azarkeş yoxdur. Lakin sonradan polislərlə görüşdük və məlum oldu ki, 2 azarkeş həbs olunub”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri “Neftçi”nin vitse-prezidenti Elnur Məmmədov deyib.

Klub rəsmisi azarkeşlərə qanun çərçivəsində kömək göstərəcəklərini bildirib: “Hər bir azarkeş üçün əlimizdən gələni edirik. Araşdıracağıq ki, azarkeşlər tərəfindən polisə qarşı cinayət tərkibli zorakılıq olub, ya yox. Olubsa, fərqi yoxdur azarkeş və ya sıravi vətəndaş - bu hərəkət yolverilməzdir. Çalışacağıq azarkeşlərə dəstək olaq, amma qanun çərçivəsində”.

Elnur Məmmədov Klublar Komitəsinin son iclasında 21 və 23 yaşadək futbolçuların maaşına limit qoyulması haqda qəbul edilən qərar barədə fikirlərini açıqlamaq istəməyib: “Klublar Komitəsində qəbul olunan hər hansı qərarı əvvəldən deyildiyi kimi, AFFA tərəfindən komitəyə təyin olunmuş koordinator Firuz Abdulla, ya da qurumun rəhbəri Tuyqun Nadirov şərh edə bilər. Ona görə də xahiş edirəm ki, suallarınızı onlara ünvanlayasız”.

Bununla belə, Elnur Məmnmədov bu qərarın futbolçularla saxta müqavilələr imzalanacağına gətirib çıxarmayacağını düşündüyünü qeyd edib: “Klublar Komitəsində daha əvvəl qərar qəbul olundu ki, “Bakı”dan heç bir klub qarşılıqlı razılıq olmadan futbolçu götürməyək. Belə də oldu. Maaşlara limit qoyulması haqda müzakirə çox çəkdi. Amma yekunda belə qərar qəbul etdik. Bu qərar İcraiyyə Komitəsində müzakirəyə çıxarılacaq. Yəqin ki, hər klub bu qaydaya riayət edəcək”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30