26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qəbələ” “Qarabağ”la oyunun hazırlığına başladı

“Qəbələ” Azərbaycan Premyer Liqasının XXIV turunun “Qarabağ”la qarşılaşmasının hazırlığına başlayıb. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Xəzər Lənkəran”la fevralın 19-da baş tutan oyunundan (3:1) sonra iki günlük istirahətə buraxılan “qırmızı-qaralar” dünən hazırlıqlarını bərpa edib. Gündə bir məşq keçən komanda hazırlıqlarını Qəbələ stadionunda davam etdirir. Roman Qriqorçukun yetirmələri tam heyətlə məşq etmir. Belə ki, Ruslan Abışov, Cavid Hüseynov və Elvin Camalov Azərbaycan millisinin Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışında iştirak edir. Yığmaya dəvət alan, lakin son matçda aldığı xəsarət üzündən səfərə yollanmayan Rəşad Sadiqov və Ruslan Əmircanov da zədə səbəbi ilə məşqlərdə iştirak edə bilmirlər.

Qeyd edək ki, “Qarabağ” - “Qəbələ” oyunu fevralın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30